Ərdoğandan peyvənd açıqlaması: "Millətimizdən səbr və dəstək gözləyirik"

img

25-11-2020 [14:00]


"İndi koronavirus infeksiyasının yayılmasının qarşısını ala bilməsək, gələcəkdə daha sərt məhdudiyyətlər tətbiq etmək məcburiyyətində qalacağıq".

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) növbəti toplantısında çıxışı zamanı bildirib. 

“Millətimizdən səbr və dəstək gözləyirik. Maska, məsafə və təmizlik qaydalarına riayət etsək digər tədbirlərə ehtiyac qalmaz”, - deyə Ərdoğan vurğulayıb.

O, Türkiyə istehsalı koronavirus peyvəndinin ən gec halda gələn ilin aprel ayında istifadəyə verilə biləcəyini də qeyd edib/APA.  


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA