"Azercell"in Mobil Göz Klinikası məcburi köçkünlər üçün keçirilən aksiyada iştirak edib
24-11-2020 [15:40]
Azərbaycanın lider mobil rabitə operatoru “Azercell Telekom”, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) Azərbaycandakı Nümayəndəliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və “Xəzər Qayğıkeşlik Layihəsi” təşkilatının birgə iştirakı ilə məcburi köçkünlər üçün sosial aksiya həyata keçirilir.
Şirkətdən Mia.az-a verilən məlumata görə, Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park” qəsəbəsində baş tutan aksiyada “Azercell”in Mobil Göz Klinikasında çalışan peşəkar həkimlər qəsəbənin sakinlərini optometrik müayinədən keçirir. Müayinənin sonra görmə qabiliyyəti zəif olan vətəndaşlara Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) Azərbaycandakı Nümayəndəliyinin vasitəçiliyi ilə Yaponiyanın “Fuji Optical” şirkətinin ianə etmiş olduğu 1 500 ədəd yüksək keyfiyyətli optik eynəklər paylanılır.
Qeyd edək ki, “Azercell” şirkətinin Mobil Göz və Mobil Diş klinikaları vasitəsi ilə xüsusi qayğıya ehtiyacı olan vətəndaşlar üçün mütəmadi olaraq müxtəlif xeyriyyə təşəbbüsləri və sosial məsuliyyət tədbirləri həyata keçirilir. Belə tədbirlərdən biri ötən ay “Xəzər Qayğıkeşlik Layihəsi” ictimai birliyi ilə birlikdə təşkil olunmuşdu. Ümumdünya Görmə gününə təsadüf edən aksiya nəticəsində “Azercell”in Mobil Göz Klinikasında məcburi köçkünlər, Qarabağ müharibəsi əlilləri, şəhid ailələrinin üzvləri və sağlamlıq imkanları məhdud insanlar üçün pulsuz müayinə və müalicə təşkil olunmuşdu.
“Azercell”in sosial layihələri arasında xüsusi yer tutan Mobil Diş və Mobil Göz Klinikaları 2010-cu ildən etibarən səyyar şəkildə fəaliyyət göstərərək ölkənin müxtəlif bölgələrində aztəminatlı ailələr, şəhid ailələri, məcburi köçkün və qaçqınların ailə üzvləri, kimsəsiz uşaqlar və ahıllara təmənnasız şəkildə xidmət edir. Diş və göz xəstəliklərinin müayinəsinin təşkilini və profilaktikasının aparılması məqsədi ilə yaradılan Mobil Klinikaların xeyriyyə işindən hər il minlərlə insan yararlanır.
“Azercell” şirkəti bundan sonra da əhalinin xüsusi qayğıya ehtiyacı olan həssas təbəqələri üçün müxtəlif tipli sosial təşəbbüslər həyata keçirməyi davam etmək niyyətindədir.
Prezident İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib
Eşq məktubu, dağılan ailə, gecə evə basqın və nəhayət, qisas... - Kürdəmirdəki ilginc olayın təfərrüatı
"Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki..." - Erməni spiker
Britaniya kralı mühacirlərə bağlı qanunu təsdiqlədi - Ruandaya deportasiya olunacaqlar
Keçmiş Ombudsman Elmira Süleymanova vəfat edib (Yenilənib)
Azərbaycanda TikTok bağlanacaq? - Sorğu
Güclü fırtına həbsxananı dağıdıb - 119 məhbus qaçıb
AZAL-ın sabiq prezidenti: "Məni biabır etmək istəyirlərsə..."
Zaxarova: "Cənubi Qafqazda sabitliyi pozmağa çalışırlar"
Avstraliyada 160 balina sahilə çıxdı, onlardan 26-sı ölüb -FOTO
Baş Prokuroluq mediaya çağırış edib - Professorun ölümü ilə bağlı
Akşeneri kim əvəzləyəcək? - İYİ Partiyası gərgin qutrultaya gedir
Bakıda üç məktəbin direktoru cəzalandırılıb - Səbəb
Qəzzada daha jurnalist həlak olub
Sabah hava necə olacaq? - Proqnoz
"Poz-Qazan” layihəsi millətin cibinə necə girir? - VİDEO
NAXÇIVANIN BAŞ NAZİRİ VƏZİFƏDƏN AZAD OLUNDU- Yeni təyinat (FOTO)
ABŞ Ukraynaya uzaqmənzilli raketlərin gizli şəkildə çatdırılmasını təsdiqləyib: "Bu, Rusiyanın..."
SÜDDƏ QUŞ QRİPİ AŞKARLANIB
Kosmosda silahlanma... - Rusiya qətnamayə veto qoyub
Azərbaycan Ordusunda komanda qərargah təlimləri keçirilir - VİDEO
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək - Bu tarixdə
Müğənni: "Bunu kimə desəm deyər ki, sənə ayıb olsun!"
Almaniya prezidenti CHP lideri ilə almanca danışdı və belə dedi: "Mükəmməl alman!" - 50 dəqiqəlik qapalı görüş olub (FOTO)
İsrail Hərbi Şurası HƏMAS-la görüşəcək - Yeni təklif hazırlanıb
"Google" İsrailə etiraz edən daha 20 əməkdaşını işdən çıxarıb
Millimiz bu gün Özbəkistan komandası ilə qarşılaşacaq
Yusif Yazıçının komandası uduzub
Azərbaycan nefti bahalaşır
Macarıstanın xarici işlər və ticarət naziri Azərbaycana gəib
Məşhur məşqçi xəstəxanaya yerləşdirilib - Səbəb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı