“Mançester Siti” Lionel Messiyə 10 illik müqavilə təklifi edib

“Mançester Siti” Lionel Messiyə 10 illik müqavilə təklifi edib

İDMAN

24.11.2020, 15:21

İngiltərənin “Mançester Siti” klubu İspaniya “Barselona”sının kapitanı Lionel Messiyə növbəti təklifini edib.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi argentinalı superulduzla uzun illər əməkdaşlıq etmək fikrindədir.

“Şəhərlilər” konkret olaraq Leonu 10 illik sözləşmə ilə heyətə cəlb etməyi planlaşdırır. Anlaşma əldə olunarsa, Messi əvvəlcə “Mançester Siti”nin, bir neçə ildən sonra eyni sahibkara məxsus ABŞ-ın “Nyu York Siti” klubunun formasını geyinəcək. 34 yaşlı oyunçu karyerasını bitirdikdən sonra isə Avstraliya, Çin, Hindistan və Yaponiyada klubun elçisi kimi fəaliyyət göstərə biləcək.

Qeyd edək ki, Lionel Messinin “Barselona” ilə müqavilə müddəti mövsümün sonuna qədərdir.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR