Avropa Liqası: "Sivasspor" - "Qarabağ" oyununu danimarkalı hakimlər idarə edəcək

img

24-11-2020 [13:11]


Türkiyədə "Sivasspor" və "Qarabağ" arasında keçiriləcək UEFA Avropa Liqasının IV tur matçı üçün hakim təyinatları açıqlanıb.

Məlumata görə, qarşılaşma Danimarkadan olan hakimlər briqadasına həvalə edilib.

Referi Jakob Kehletə yan xətt hakimləri Heine Sørensen və Lars Hummelgaard köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Jens Maa yerinə yetirəcək.

Qeyd edək ki, "Qarabağ" - "Sivasspor" matçı noyabrın 26-da Türkiyədə baş tutacaq. İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. Azərbaycan təmsilçisi ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA