Sabir Rüstəmxanlı: "Elə adam var ki, 100 manat verib testdən keçmək imkanı yoxdur”

img

24-11-2020 [11:51]


“Pandemiya bu gün hər kəsi narahat edir. İnsanlar testin qiymətinin çox olduğunu nəzərə alaraq testdən keçmir. Elə adam var ki, 100 manat verib testdən keçmək imkanı yoxdur”.

Bunu parlamentin bu gün keçirilən plenar iclasında Milli Məclisin deputatı Sabir Rüstəmxanlı deyib.

Onun sözlərinə görə, koronavirus testinin qiymətinə yenidən baxılmalıdır: “Metro ilə bağlı da məsələ öz həllini tapmalıdır“.

S.Rüstəmxanlının çıxışına münasibət bildirən Milli Məclisin sədri Sahibə Qafarova isə deyib ki, bu testlər dövlət tərəfindən pulsuz həyata keçirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR