Nazirlik Fransanın bir qrup mədəniyyət xadiminin müraciətinə cavab verdi: "Bu qeyri-peşəkar yanaşma həmin şəxslərin imicinə və qərəzsizliyinə kölgə salır"
23-11-2020 [16:19]
Fransanın tanınmış bir qrup mədəniyyət xadimi tərəfindən (rejissor, yazıçı, aktyor, musiqiçi, jurnalist, müğənni) Qarabağdakı erməni separatçılığını açıq şəkildə dəstəkləyən, yalan və böhtan üzərində hazırlanmış müraciət imzalanıb.
Bu barədə Mədəniyyət Nazirliyindən Mia.az-a bildirilib ki, müraciət ermənilərlə həmrəyliyi, onların Qarabağdakı taleyi üçün narahatlığı, qondarma “1915-ci il soyqırımı”nın təkrarlanmasını, erməni separatçılığına dəstəyi, ümumiyyətlə, Azərbaycanın məkrli planlarının olmasını nümayiş etdirir.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi bildirir ki, otuz ilə yaxın müddətdə Ermənistan BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrini icra etməyərək Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazilərini, Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonu qanunsuz olaraq işğal altında saxlanıb:
"Uzun illər davam etmiş işğal zamanı Ermənistanın təcavüzkar siyasəti nəticəsində həmin ərazilərdə Azərbaycan xalqına məxsus daşınmaz tarix və mədəniyyət abidələri dağıdılıb, mənimsənilib, tarixi-mədəni təyinatına uyğun olmayan şəkildə istifadə olunaraq vandalizmə məruz qalıb. İşğal edilmiş ərazilərdə yerləşən yaşayış evləri, təhsil, sənaye obyektləri ilə yanaşı yüzlərlə mədəniyyət müəssisəsi, o cümlədən 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 mədəniyyət sarayı, klub və mədəniyyət evi, 85 musiqi və rəssamlıq məktəbi, 100 mindən artıq eksponatın toplandığı 22 muzey və muzey filialı, 4 rəsm qalereyası, 4 teatr müəssisəsi, 2 konsert müəssisəsi, 8 mədəniyyət və istirahət parkı, 2000-dən artıq tarix və mədəniyyət abidəsi bu vandalizminin qurbanına çevrilmişdir. Mədəni irsə, o cümlədən xüsusi əhəmiyyətə malik unikal abidələrə bu cür barbarcasına münasibət dünya irsinə qarşı yönəlmiş təhdid kimi dəyərləndirilməlidir.
Müvafiq dəlillərə və faktlara, elmi araşdırmaya və tədqiqata əsaslanmadan dünya ictimaiyyətinə təqdim olunan bu müraciətdə nüfuzlu mədəniyyət xadimlərinin iştirakı, onların erməni təbliğatının alətinə çevrilmələri təəssüf doğurur. Bu qeyri-peşəkar yanaşma həmin şəxslərin imicinə və qərəzsizliyinə kölgə salır.
Diqqətə çatdırırıq ki, UNESCO-nun “Silahlı münaqişə zamanı mədəni mülkiyyətin müdafiəsi haqqında” 1954-cü il Haaqa Konvensiyası və “Mədəni mülkiyyətin qanunsuz olaraq ölkəyə gətirilməsi, ölkədən çıxarılması və mülkiyyət hüququnun qanunsuz olaraq başqasına verilməsinin qadağan olunması və qarşısının alınmasına yönəldilmiş tədbirlər haqqında” 1970-ci il Paris Konvensiyasına üzv dövlət olmasına baxmayaraq, Ermənistanın vaxtilə işğal etdiyi ərazilərdə Azərbaycanın mədəni irsini necə məhv etdiyi, saxtalaşdırdığı və talan etdiyi barədə təkzibedilməz faktlar və dəlillər mövcuddur".
Nazirlik Azərbaycana qarşı törədilən mədəni soyqırımın şahidi olmaq və Azərbaycanın dağıntıya və vandalizmə məruz qalan irsinin hazırki vəziyyətinə real məkanda baxış keçirmək məqsədilə Fransanın tanınmış mədəniyyət və elm xadimlərini işğaldan azad olunmuş ərazilərimizə dəvət edir.
"Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki..." - Erməni spiker
Britaniya kralı mühacirlərə bağlı qanunu təsdiqlədi - Ruandaya deportasiya olunacaqlar
Keçmiş Ombudsman Elmira Süleymanova vəfat edib (Yenilənib)
Azərbaycanda TikTok bağlanacaq? - Sorğu
Güclü fırtına həbsxananı dağıdıb - 119 məhbus qaçıb
AZAL-ın sabiq prezidenti: "Məni biabır etmək istəyirlərsə..."
Zaxarova: "Cənubi Qafqazda sabitliyi pozmağa çalışırlar"
Avstraliyada 160 balina sahilə çıxdı, onlardan 26-sı ölüb -FOTO
Baş Prokuroluq mediaya çağırış edib - Professorun ölümü ilə bağlı
Akşeneri kim əvəzləyəcək? - İYİ Partiyası gərgin qutrultaya gedir
Bakıda üç məktəbin direktoru cəzalandırılıb - Səbəb
Qəzzada daha jurnalist həlak olub
Sabah hava necə olacaq? - Proqnoz
"Poz-Qazan” layihəsi millətin cibinə necə girir? - VİDEO
NAXÇIVANIN BAŞ NAZİRİ VƏZİFƏDƏN AZAD OLUNDU- Yeni təyinat (FOTO)
ABŞ Ukraynaya uzaqmənzilli raketlərin gizli şəkildə çatdırılmasını təsdiqləyib: "Bu, Rusiyanın..."
SÜDDƏ QUŞ QRİPİ AŞKARLANIB
Kosmosda silahlanma... - Rusiya qətnamayə veto qoyub
Azərbaycan Ordusunda komanda qərargah təlimləri keçirilir - VİDEO
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək - Bu tarixdə
Müğənni: "Bunu kimə desəm deyər ki, sənə ayıb olsun!"
Almaniya prezidenti CHP lideri ilə almanca danışdı və belə dedi: "Mükəmməl alman!" - 50 dəqiqəlik qapalı görüş olub (FOTO)
İsrail Hərbi Şurası HƏMAS-la görüşəcək - Yeni təklif hazırlanıb
"Google" İsrailə etiraz edən daha 20 əməkdaşını işdən çıxarıb
Millimiz bu gün Özbəkistan komandası ilə qarşılaşacaq
Yusif Yazıçının komandası uduzub
Azərbaycan nefti bahalaşır
Macarıstanın xarici işlər və ticarət naziri Azərbaycana gəib
Məşhur məşqçi xəstəxanaya yerləşdirilib - Səbəb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar