HƏKİMLƏRİN MAAŞLARI İLƏ BAĞLI YENİ QƏRAR VERİLDİ - Detallar
23-11-2020 [15:56]
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müvafiq qərarı ilə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”nda dəyişiklik edilib.
Mia.az Agentliyə istinadla xəbər verir ki, qaydaya əsasən, tibb işçilərinin əməkhaqlarına vəzifə (tarif) maaşları, əmək şəraitinə görə ödənilən əlavələr, həvəsləndirici əlavələr və Əmək Məcəlləsində nəzərdə tutulmuş digər ödənişlər daxildir. Tibb işçilərinə həvəsləndirici əlavələr vəzifədən və yerinə yetirilən işin xüsusiyyətindən asılı olaraq, aylıq sabit və ya işin nəticələrinə görə aylıq həvəsləndirici əlavələr şəklində verilir.
Dəyişikliyə əsasən, tibb işçilərinə verilən sabit həvəsləndirici əlavələr üzrə ixtisasların/vəzifələrin sayı artırılıb və yeni redaksiyada təsdiq edilib. Əvvəlki Qaydaya görə 9 ixtisas/vəzifə üzrə həkimlərə aylıq sabit həvəsləndirici əlavə verilirdisə, yeni dəyişikliyə əsasən hazırda bu say artırılaraq 16-ya yüksəlib.
Bununla yanaşı, bir sıra ixtisaslar/vəzifələr üzrə sabit həvəsləndirici əlavələrin məbləği tibb müəssisələrinin fəaliyyət göstəricisindən asılı olaraq müəyyənləşdirilib. Belə ki, tibb müəssisələri 3 qrupa (1-ci, 2-ci və 3-cü qruplar) bölünüb (Cədvəl 1).
Cədvəl 1.
№ |
İxtisasın/vəzifənin adı |
Həkimlərin əməkhaqlarına tətbiq edilən aylıq sabit həvəsləndirici əlavələrin məbləği |
|
1 |
Tibbi şöbələrin (bölmələrin) müdirləri (həkim-stomatoloqlar istisna olmaqla) |
100 manat |
|
2 |
Səhiyyə xidmətlərinin təşkili şöbəsinin həkimləri (həkim-stomatoloq istisna olmaqla) |
200 manat |
|
3 |
Provizor vəzifəsi üzrə çalışan həkimlər |
260 manat |
|
4 |
Ailə həkimi ixtisasları üzrə çalışan həkimlər |
300 manat |
|
5 |
Hemodializ şöbəsinin həkimləri |
360,00 manat |
|
6 |
Uşaq nevroloji sanatoriyasının həkimləri (psixoloq və loqoped istisna olmaqla) |
200,00 manat |
|
7 |
Həkim-dietoloq ixtisası üzrə çalışan həkimlər |
200,00 manat |
|
8 |
Həkim-patoloq-anatom |
200,00 manat |
|
9 |
Həkim-ftiziatr |
300,00 manat |
|
10 |
Həkim-hematoloq |
300,00 manat |
|
11 |
Həkim-laborant ixtisası üzrə çalışan həkimlər |
1-ci qrup tibb müəssisələri |
240,00 manat |
2 və 3-cü qrup tibb müəssisələri |
340,00 manat |
||
12 |
Həkim-statistik vəzifəsi üzrə çalışan həkimlər |
1-ci qrup tibb müəssisələri |
240,00 manat |
2 və 3-cü qrup tibb müəssisələri |
340,00 manat |
||
13 |
“Ailə Sağlamlıq Mərkəzi” şöbəsinin rəhbəri vəzifəsi üzrə çalışan həkim |
480,00 manat |
|
14 |
Həkim-anestezioloq-reanimatoloq ixtisası üzrə çalışan həkimlər |
||
Qadın məsləhətxanasında və Ailə Sağlamlıq Mərkəzində çalışan həkim mama-ginekoloq |
|||
15 |
Aptek bölümünün rəhbəri vəzifəsi üzrə çalışan həkim |
1-ci qrup tibb müəssisələri |
370,00 manat |
2 və 3-cü qrup tibb müəssisələri |
570,00 manat |
||
16 |
Keyfiyyətə nəzarətin idarəedilməsi komitəsinin rəhbəri |
2 və 3-cü qrup tibb müəssisələri |
910,00 manat |
*Bundan əlavə, həkimlərə xidmətə görə həvəsləndirici əlavələr verilir. |
Cədvəl 1-in 6-cı, 9-cu və 14-cü bəndləri istisna olmaqla, digər bəndlər 21 yanvar 2020-ci il tarixindən qüvvəyə minir. 9-cu bənd 01 yanvar 2020-ci il tarixindən, 6-cı və 14-cü bənd isə 26 oktyabr 2020-ci il tarixindən qüvvəyə minir.
Aylıq həvəsləndirici əlavələr isə həkimlərə ixtisasları/vəzifələri üzrə göstərilən xidmətin ölçülməsi və dəyərləndirilməsi məqsədilə verilir. Optimal iş yükünü və iş saatlarını nəzərə alaraq, həkimlərin xidmətlərinin yuxarı kəmiyyət həddi məhdudlaşdırılır və yuxarı kəmiyyət həddini aşaraq göstərilən tibbi xidmətlərə görə əlavələr ödənilmir.
Reanimasiya ilə yanaşı, yeni dəyişikliyə görə intensiv terapiya və anesteziologiya, intensiv terapiya bloklarında çalışan həkimlərə hər gecə növbəsi üçün 30 manat, gecə növbəsi zamanı tibbi xidmət göstərilən hər pasiyent üçün 5 manat məbləğində normativlərlə bağlı əlavələr verilir.
Orta və kiçik tibb işçilərinin göstərdikləri xidmətlərin xüsusiyyətləri nəzərə alınaraq, onların aylıq vəzifə (tarif) maaşlarına tətbiq edilən həvəsləndirici əlavələr tutduqları vəzifələrdən asılı olaraq aylıq sabit əlavələr şəklində təyin olunur. Dəyişikliyə əsasən iki vəzifə üzrə aylıq sabit əlavələr tibb müəssisələrinin təsnifat qrupuna əsasən müəyyənləşdirilib. Belə ki, Qaydanın 19.1-ci bəndi üzrə 6-cı və 9-cu sətirlərə Cədvəl 2-dəki dəyişikliklər edilib. Qərara əsasən bu dəyişikliklər 01 yanvar 2020-ci il tarixindən qüvvəyə minir.
Cədvəl 2.
№ |
Struktur vahidin/vəzifənin adı |
Sabit əlavələrin məbləği |
|
6 |
Baş tibb bacısı (qardaşı) vəzifəsində çalışan orta tibb işçisi |
1-ci qrup tibb müəssisələri |
350,00 manat |
2 və 3-cü qrup tibb müəssisələri |
790,00 manat |
||
9 |
Baş təsərrüfat bacısı (qardaşı) vəzifəsində çalışan kiçik tibb işçisi |
1-ci qrup tibb müəssisələri |
150,00 manat |
2 və 3-cü qrup tibb müəssisələri |
210,00 manat |
Həmçinin tibb müəssisəsinin rəhbərliyinə və qeyri-tibb işçilərinə verilən aylıq həvəsləndirici əlavələr üzrə təsnifat qrupunda da dəyişiklik edilib (Qaydanın 16-4-cü bəndi). Tibb müəssisəsinin rəhbərliyinə və qeyri-tibb işçilərinə verilən aylıq həvəsləndirici əlavələr 21 yanvar 2020-ci il tarixindən qüvvəyə minir.
Qərarda qeyd edilən bütün digər bəndlər isə 26 oktyabr 2020-ci il tarixindən qüvvəyə minir.
Bakıda taxta bazarı yanıb - FOTOLAR (Yenilənib)
"Bakcell"dən 25 apreldə 100 000 GB kütləvi hədiyyə
Ceyhun Bayramov İran səfiri ilə bir arada: nələr müzakirələr olunub?
Əməkdar artist Cavanşir Məmmədov vəfat edib (Yenilənib)
Medianın İnkişafı Agentliyi jurnalistlərə çağırış edib - Səbəb
Zakir Həsənov Quru Qoşunlarının generallarını topladı, tapşırıqlar verildi - MN-də müşavirə (VİDEO)
Sabah hava necə olacaq? - Proqnoz
BMT-nin Baş katibindən Bakı ilə İrəvan arasındakı anlaşmaya reaksiya: "Razılaşmanı alqışlayırıq"
Bakıda 21 yaşlı oğlan 22 yaşlı qızı bıçaqladı
"Qazaxlı Alik"in oğlu Fuad Muradovun məhkəməsi başlayır
Blinkendən 4 kəndinin Azərbaycana qaytarılması haqda - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb