Şabranda yaşayış yerini tərk edən COVID-19 xəstəsi barədə araşdırma aparılır - FOTO

img

23-11-2020 [15:40]


Şabranda yaşayış yerini tərk edən COVID-19 xəstəsi barədə araşdırma aparılır.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Mia.az-a verilən məlumata görə, Şabran rayon sakini Faiq Zülfüqarova koronavirus testinin nəticəsi pozitiv olduğuna görə ev şəraitində müalicə təyin edilib.

Lakin həmin şəxs yaşayış yerini tərk edərək vətəndaşların sağlamlığı üçün ciddi təhlükə yaradıb. Polis əməkdaşları tərəfindən onun törətdiyi qanunazidd hərəkətinin qarşısı dərhal alınaraq yaşadığı ünvana qaytarılıb və tam sağalanadək evdən çıxmaması barədə ciddi xəbərdarlıq edilib.

F.Zülfüqarovun törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün Şabran Rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırmalar aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı