Abdin Fərzəliyev yaxın dostu olan müavinini işdən azad etdi - Yeni təyinat + FOTO

img

23-11-2020 [14:00]


Nərimanov Rayon İcra Hakimiyyətinin başçısının müavini Şahmar İbadov vəzifəsindən azad edilib.

Məlumata görə, onunla bağlı müvafiq əmr imzalanıb.

Əmrə əsasən, Ş.İbadov işdən çıxarılıb.

Nərimanov Rayon İcra Hakimiyyətindən "Report"a məlumat təsdiqlənib.

Xatırladaq ki, Ş.İbadovun adı bir sıra qalmaqallarda və qanunsuz əməllərdə hallanırdı.

Mia.az-ın əldə etdiyi məlumata görə, Şahmar İbadovdan boşalan birinci müavin postuna Abdin Fərzəliyev digər müavini İradə Mahmudovanı təyin edib.

Onu da qeyd edək ki, son aylar bu rayonn icra başçısı Abdin Fərzəliyevlə bağlı da qalmaqalların ardı-arası kəsilmir. Elə son vaxtlar İngiltərədə siyasi sığınacaq almış Qurban Məmmədovun rayon ərazsindəki obyektləri ilə bağlı baş verən şok olaylar da belə düşünməyə əsas verir. Bəzi iddialara görə, yaxın vaxtlarda onun da postundan azad ediləcəyi gözlənilir.

Mia.az

img

Digər xəbərlər
SON XƏBƏRLƏR