Prezidentin qızı yenə danışdı: "Mən buradayam! Hara gedirəm?!"

img

26-11-2013 [10:21]


Özbəkistan prezidentinin qızı Gülnarə Kərimova həbs olunması və ölkəni tərk etməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. O, twitter sosial şəbəkəsindəki profilini bağlamamışdan əvvəl barəsində yayılan xəbərləri təkzib edib. G.Kərimova məsələyə bu şəkildə aydınlıq gətirib: "Mən buradayam, burada! Kim ki, olub, var, buradadır! Hara gedirəm?!”, - deyə istifadəçilərdən birinin ölkəni tərk edib-etməyəcəyi barədə sualını cavablandırıb.
"Hörmətli xəbər agentlikləri, xahiş edirəm, heç olmasa hansı mənbədən məlumat yazdığınızı yoxlayın! Həm də ilkin mənbə var”, - deyə o, "İnterfaks”ın mesajına cavab verib.
"İnterfaks” xəbər agentliyi isə cavab olaraq bildirib ki, xəbəri "Terra group” şirkətinin menecerindən alıblar.

Qeyd edək ki, son günlərin əsas mövzusu Özbəkistan prezidenti və onun qızı Gülnarə Kərimovadır. İslam Kərimov öz qızına qarşı "səlib yürüşü”nə başlayıb. Dövlət başçısının illərdir öz yerinə hazırladığı qızını əvvəlcə döydüyü, daha sonra da əmlakının müsadirə edilməsi yönündə göstəriş verdiyi, hətta həbsə atdırdığına dair tez-tez xəbərlər yayılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA