Zaxarova Bakıda COVİD-19 testi verdi: "Hər şey tez və düzgün şəkildə edilir” - FOTO

img

21-11-2020 [16:55]


Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Bakı aeroportunda COVID-19 testi verib.

Məlumata görə, Rusiya XİN rəsmisi bu barədə “Facebook”-da paylaşım edib.

“Biz Bakıdayıq. Aeroportda COVİD ekspess testi mütləq prosedurdur. Hər şey tez və düzgün şəkildə edilir”,- deyə Zaxarova paylaşımında yazıb/APA.

Xatırladaq ki, bu gün Rusiyanın qurumlararası nümayəndə heyəti - Xarici işlər naziri Sergey Lavrov, baş nazirin müavini Aleksey Overçuk, səhiyyə naziri Mixail Muraşko və “Rospotrebnadzor”un rəhbəri Anna Popova İrəvandan sonra Bakıya gəliblər. Zaxarova da onlarla birlkdə Bakıya səfər edib.

Mia.az

img

Digər xəbərlər
SON XƏBƏRLƏR