Qadağa günlərində taksilər necə işləyəcək? - Rəsmi açıqlamalar
21-11-2020 [13:39]
"Xüsusi karantin rejiminin davam edəcəyi dekabrın 28-nə qədər fərqlənmə nişanı olan taksilər Bakıda heç bir məhdudiyyət olmadan fəaliyyət göstərə bilərlər".
Bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.
Onun sözlərinə görə, qanunvericiliyin tələbinə uyğun olaraq, sənədləri qaydasında olan sürücülər də fərqlənmə nişanı almaq üçün BNA-ya müraciət edə bilərlər.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova isə bildirib ki, dekabrın 28-nə qədər rayon taksilərinə fərqlənmə nişanı verilməyəcək: “Nazirlər Kabinetinin qərarına uyğun olaraq, mart ayından etibarən şəhərlərarası və rayonlararası ictimai nəqliyyat fəaliyyət göstərmir. Qərarda giriş-çıxış yasağı göstərilən regionlara da taksilərin getməsi qadağandır. Bu, tək həftəsonlarına aid deyil, həftənin bütün günlərinə aiddir. Amma son qərar bu oldu ki, dekabrın 28-nə qədər fərqlənmə nişanı olan taksi sürücüləri bütün regionlarda xidmət göstərə biləcəklər. Amma fürsətdən yararlanma halları ola bilər. Tutaq ki, ictimai nəqliyyat həftəsonları işləmir. İndiyə qədər qeyri-qanuni fəaliyyət göstərmiş taksi sürücüləri, avtonəqliyyat vasitələrinin sürücüləri istəyəcəklər ki, gəlsinlər fərqlənmə nişanı alsınlar. Çünki iznli taksilər fərqlənmə nişanlı taksilərdir. Onlarla bağlı da biz bildirdik ki, həmin şəxslər fərqlənmə nişanını dekabrın 28-nə qədər ala bilməyəcəklər. O şəxslərin fərqlənmə nişanı yenilənəcək ki, onlar mütəmadi fərqlənmə nişanı alıblar. Misal üçün, vaxtı bitib və dəyişir. Amma yeni almaq istəyənlərin müraciətinə baxılmayacaq”.
DANX sözçüsü hesab edir ki, təmsil etdiyi qurumun verdiyi bu qərar haqsız rəqabətə və qiymət artımına şərait yaratmayacaq: “Onsuz da, qeyri-rəsmi taksi fəaliyyəti göstərənlər dövlət büdcəsindən yayınanlardır və qanuni taksi fəaliyyəti göstərməyən taksi xidməti göstərən vətəndaşlardır. Onlar istədikləri qiyməti qoyur. Əslində taksi ilə bağlı qiymət senzi yoxdur deyə, orda hansısa tarif yoxdur. Bu dəqiqə taksilərdə qiymətlə bağlı hər-hansı məsələdən danışmaq tez olar. Çünki marşrut xətlərində konkret tarif şurasının qiymətləridir, amma taksilərlə bağlı konkret qiymət yoxdur. Taksi sürücüsünə niyə qiymətləri qaldırırsan deməyə əsas verən hər-hansı qanunvericilik sənədi yoxdur. Təbii ki, ümumi nəzarət olunur ki, vətəndaşları onların alıcılıq qabiliyyəti nəzərə alınsın.
Pandemiya ilə bağlı olaraq məhdudlaşdırma o deməkdir ki, işə gedən vətəndaşın maşını yoxdursa, işə gedib-gələ bilsin. Bunun üçün rəsmi fəaliyyət göstərən taksilər kifayət qədərdir. Yəni qiymət artımından, inhisardan söhbət gedə bilməz. Amma digər sürücülər, hansı ki, indiyə qədər adam daşıyırdılar, qeyri-rəsmi fəaliyyət göstərirdilər, onların fərqlənmə nişanı almasına ona görə icazə vermirik ki, bu sayı artırmayaq. Küçədə avtonəqliyyat vasitələrinin sayı artmasın. Amma digər avtonəqliyyat vasitələri, rəsmi taksilər kifayət qədərdir, hətta hesablamalarımıza görə, bu dəqiqə sərnişin axınını tənzimləmək üçün həddindən çoxdur”/Report.
Türkiyədə güclü zəlzələ olub
Respublika Pediatriya Mərkəzi yaradılıb - Direktor təyinatı olub
Somalidə “Əş-Şəbab”a qarşı əməliyyat: təşkilatın 10 üzvü öldürülüb
Azercell ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir - FOTOLAR
Kəmaləddin Heydərovun daha bir şirkəti məhkəməyə verilib
Hacıqabulda qatar qadını vurub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Baş prokuror Çinə səfər edib
Nazir direktoru vəzifədən azad edib
Ramana qəsəbəsində 2 nəfər dəm qazından zəhərlənərək ölüb
Daha iki bankın əmlakları satışa çıxarılıb
Qubad İbadoğlunun cinayət işi yekunlaşıb
İcra başçısını söyən şəxsə 5 sutka verildi
Röya: "Ərə gedirəm, sevdimsə..." - VİDEO
Bakıda marketdən 8000 manatlıq spirtli içki oğurlanıb
Rəsmi Moskvadan azərbaycanlıların Ermənistandakı yurdlarına dönmələri barədə - Açıqlama
Zelenski Qərb liderlərinə "incik mesaj" verdi: "İsrailin səmasını qoruduğunuz kimi..."
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılır - Türkiyə MN açıqladı
Azercell “GSMA M360 EURASIA” tədbirinə ev sahibliyi edəcək
Azərbaycan futbolu və ya mərc oyunlarında fırıldaq şübhəsi
Müəllimlərin sertifikatlaşdırılması başlayır
Fuad Quluzadənin cinayət işi məhkəməyə göndərilib
Sabahın hava proqnozu açıqlandı
Politoloq: "Azərbaycanın KTMT-yə üzvlüyü mümkün deyil" - "Bu, Paşinyanın əlini gücləndirəcək"
İstanbulda əməliyyat: daha bir terrorçu tutulub
Bu rayonların şagirdləri imtahan verəcək - DİM-dən xəbərdarlıq
Tanınmış aparıcı bahalı avtomobilini satışa çıxarıb - VİDEO
Qəbula keçid balları qaldırılır? - VİDEO
Rəqsanənin əmlaklarına niyə həbs qoyulub?
Mikayıl Cabbarova daha bir müavin təyin olunub - O, kimdir? (FOTO)
İsrail Qəzzaya bomba yağdırır: daha 17 nəfər həlak olub
Azərbaycan nefti ucuzlaşıb
Bakıda iməcilik və ağacəkmə aksiyası keçiriləcək
"...yardımımızı davam etdirməyə hazırıq" - ABŞ-dan rus sülhməramlılarının Qarabağı tərk etməsinə reaksiya
Bələdiyyədə hər yerə gizli kameralar yerləşdirilib: "Hər yerdə "böcək" və gizli kameralar var..."
Xankəndidə yenə silah-sursat aşkarlanıb
Müğənni pensiya azlığından şikayətləndi: "O pula qalsa, işləmək məcburiyyətindəyəm"
Ərdoğanın "qapı açıqdır" mesajına CHP lideri Strasburqda cavab verdi: "Yaxın günlərdə üzbəüz görüşəcəyik"
TƏBİB rəhbəri Arzu Bəndəliyevanı baş həkim təyin edib
Türkiyə parlamentində deputatların sayı azalıb - Səbəb
Ağdamda minaatan qurğular tapılıb