"ATA, DOSTLARIN DEYİR Kİ..." - Şəhid oğlu yazır
20-11-2020 [21:33]
Zaur ƏHMƏD
***
Ata, uğrunda canını fəda etdiyin Ağdam düşmən tapdağından azad olundu. Daha sənin və minlərlə döyüş yoldaşının qanı töküldüyü o torpaq erməni əsgərinin ayağı altında əzilmir.
Düz 26 il 9 gün sonra müzəffər Azərbaycan əsgəri Ağdamda şanlı bayrağımızı ucaltdı. İndi ruhunuz rahat olar. Daha məzarındakı şəkildən mənə üzgün, narahat, bir az da gileyli baxmazsan. Yəqin ki, hər dəfə Şəhidlər Xiyabanına sizləri ziyarətə gələndə nə qədər boynubükük, aciz, çarəsiz olduğumu hiss edirdin. Çox çarəsiz idim...
Nə edim, atamın qisası alınmayıb, yurdum tapdaq altında qalıb, sənin qanın tökülən torpağa düşmən ayağı dəyir və mən, eləcə də biz çarəsiz idik. Biz bu çarəsizliyi çox çəkdik. Dözülməz bir hiss idi, amma dözdük. Bu illər ərzində Dövlət Babanı da çox qınadım, sitəm etdim. Niyə axı? Niyə biz bu çarəsizliklə yaşamalıyıq? Axı, biz çarəsiz olacaq xalq, dövlət deyilik? Bu suallar hər zaman içimi yeyirdi...
Və nəhayət, o qərar verildi. Şanlı Azərbaycan Ordusu birinci Qarabağ savaşında açdığınız çığırla zəfərə yürüdülər. Hansı ki, Siz o cığırla cənnətə yürümüşdünüz. O alınmaz qala – Şuşa düşməndən yalın əllə geri alındı. Tarix yazdı xələfləriniz. Yəqin ki, artıq o qəhrəman oğulların bir qismi ilə artıq Şəhidlər Diyarında – cənnətdə görüşmüsünüz. Güman ki, qələbə müjdəsini də onlar veriblər sizə. İndi ən böyük çal-çağır Sizin diyardadır, cənnətdə.
Bəzən elə ürəyimdən keçir ki, Sizin yanınızda olam. Nə gözəl məclis, bir yanımda şəhid atam, bir yanımda Raquf Orucov, o biri tərəfdə Polad Həşimov, Əliyar Əliyev, Allahverdi Bağırov, Şirin Mirzəyev...və neçə-neçə qəhrəmanlar. Görünür, Allah bu şərəfi bizə nəsib etməyi məqbul saymayıb. Nə edək, təki Vətən sağ, sizin ruhunuz şad olsun.
Ata, son nəfəsini necə verdiyini döyüş yoldaşların danışıb. 1993-cü il, aprelin 11-də Ağdamda son döyüşün oldu. Sayca sizdən bir neçə dəfə çox olan düşmən qarşısında kişi kimi vuruşdunuz. Son damla qanına qədər vuruşmağın nə olduğunu sübut elədiniz. Dostların deyir ki, saatlarla döyüş meydanında yaralı qalan Əhməd öz qanı ilə torpağı suvardı. 26 il sonra qanınla suvardığın Ağdam torpağında Böyük Qələbə cücərdi. İndi davamçılarınız müqəddəs qanınızın töküldüyü torpağa şanlı bayrağımızı sancdılar. Yəqin ki, Qarabağa ilk səfərim Ağdama olacaq. Sənin müqəddəs qanının töküldüyü torpağı öpmək üçün...
Mia.az
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
Premyer Liqası: növbəti turun təqvim və hakim təyinatları açıqlanıb
DEPUTATLAR TOPLANIB: daha 14 məsələ müzakirə olunacaq - SİYAHI
Misli, Topaz... - Azərbaycan futbolunda nə baş verir?
“Yaxşı verilişlərin aparıcılarının "saxlayanı" var” - Kamran Həsənli kimin bostanına daş atır?
Bakının strateji hədəfi və ya rəsmi Moskvanın qərbi azərbaycanlılarla bağlı mesajı - TƏHLİL
Türkiyə səfirliyinin yeni mətbuat katibi Bakıya gəlib
İran İsrailə cavab zərbəsi endirəcək? - ABŞ-ın İsraildəki səfirliyi vətəndaşlarına xəbərdarlıq edib
Əfqan mədənçi böyrəyə görə yandırılıb?
"Olimpiakos"un baş məşqçisi: "Topu "Fənərbağça"ya verib, onları yorduq" - İsmayıl Kartal isə üzr istəyib
Xankəndidə yenidən silah-sursat aşkarlanıb