PUTİN QARABAĞLA BAĞLI NAZİR VƏ GENERALLARI TOPLADI: "Allah qorusun, əgər razılaşma pozularsa..." - Lavrov, Şoyqu və Muradovdan açıqlamalar
GÜNDƏM
20.11.2020, 20:25
Bu gün Vladimir Putin Rusiyanın Qarabağdakı sülhməramlı missiyası ilə bağlı iclas keçirb.
Mia.az Ria Novosti-yə istinadla xəbər verir ki, iclasda Rusiya Prezidenti Vladimir Putin Moskva, İrəvan və Bakı arasındakı Qarabağla bağlı imzalanan üçtərəfli razılaşmanın icrasını ləngitməyə çalışanların olduğuna açıq eyham vurub:
"Rusiya, Ermənistan və Azərbaycan prezidentlərinin üçtərəfli bəyanatının icrasını ləngitmə meyli haqqında söylənilənlər haqda demək istəyirəm: bunu etməyə çalışanlar başa düşməlidirlər ki, bunun yalnız bir alternativi var - Müharibə! Allah qorusun, əgər bu, baş verərsə, qurbanların qanı onların əllərində olacaq. Ona görə, hər kəs bunun fərqində olmalı, vəziyyəti doğru anlamalıdır. Rusiya üçün bu tip münaqişələr və onların həlli xüsusi əhəmiyyət kəsb edir, Rusiyada milyonlarla erməni və azərbaycanlının yaşadığını nəzərə alaraq bunlar bizim üçün boş sözlər deyil”.
Putin Rusiyanın Azərbaycan və Ermənistanla çoxəsrlik əlaqələrə malik olduğunu qeyd edib. “Bunun bizim üçün daxili siyasi ölçüsü də var və daxili təhlükəsizliyin təmin edilməsi baxımından, siyasət baxımından böyük maraq doğurur".
Putin çıxışında bu cür münaqişələrin, onlaırn nizamlanmasının xüsusi dəyər daşıdığını, xüsusi əhəmiyyətə malik olduğunu və vacib rol oynadığını bildirib: “Bizim üçün bunlar boş sözlər deyil. Demək istəyirəm ki, Rusiyanın özündə milyonlarla erməni və azərbaycanlılar yaşayır. Bizi bu respublikalarla heç bir şişirtmə olmadan çoxəsrlik əlaqələr bağlayır. Bunun bizim üçün həm də daxili siyasi ölçüsü var və daxili təhlükəsizlik və siyasət baxımından böyük maraq doğurur. MDB istiqaməti Rusiya üçün xarici siyasətdə prioritetdir. Bu, hamı üçün aydın məsələdir. Bu, həm də iqtisati nöqteyi-nəzərdən çox vacibdir.
Hamımız bilirik ki, bizi bu respublikalarla xüsusi münasibətlər bağlayır. Bu dərin kooperasiya, əməkdaşlıqdır. MDB trekində bu fövqəladə vacib istiqamətin bütün tərkibini saymayacam. Noyabrın 13-dəki görüşdə dediyim kimi, hazırda hərbi əməliyyatlardan əziyyət çəkən bu regionun sakinlərinə yardım, dəstək prioritet istiqamətdir.
Mövcud problemlərin həlli üçün Qurumlararası Humanitar Mərkəz yaradılır. Bilirəm ki, Mərkəzin qarşısında duran vəzifələri nəzərə alaraq, hazırda onun ixtisaslaşmış bölmələri yaradılır. Fürsətdən istifadə edib, Rusiya sülhməramlılarının dəqiq və yaxşı koordinasiya edilmiş işlərini vurğulamaq istəyirəm. Operativ şəkildə minalardan təmizlənmə regionda yaxşı və etibarlı əlaqənin qurulmasına imkan verib. Sülhməramlı qoşunlarımızın yerləşdirilməsi isə qan tökülməsini dayandırıb. Bizim hərbçilər hər iki tərəfdən riayət olunan atəşkəs rejiminə effektli nəzarət həyata keçirirlər. Vəziyyət ümumilikdə stabilləşib.
Bundan başqa, Rusiya hərbçiləri qaçqınları müşayiət edir, binaları, yolları və sosial obyektləri normal, təhlükəsiz vəziyyətə gətirir, humanitar yardım karvanlarının təhlükəsizliyini təmin edir.
Xüsusi ilə qeyd edirəm ki, bizim bütün humanitar səylərimiz, köməyimiz Azərbaycan və erməni xalqlarının rifahına olmalıdır.
Bilirsiz ki, mən Azərbaycandan və Ermənistandan olan həmkarlarımla daim təmasdayam. Hər iki liderlə razılaşmışıq ki, yaxın vaxtlarda Ermənistana və Azərbaycana Rusiya Qurumlararası Mərkəzin nümayəndə heyəti göndəriləcək, hansıların ki, tərkibində bir sıra nazirlik və qurumların rəhbərləri olacaq. Onun vəzifəsi 9 noyabr üçtərəfli bəyanatının reallaşdırılmasının ən aktual məsələlərini nəzərdən keçirməkdir. Əlbəttə ki, bura humanitar probemlər də daxildir. Ümid edirəm ki, qarşıdan gələn məsləhətləşmələr bu istiqamətlərdə ciddi irəliləyişə kömək edəcək”.
Rusiya Prezidenti Beynəlxalq Qırmızı Xaç Komitəsinin regiondakı vəziyyətindən də danışıb. Bildirib ki, BQXK nümunəsindən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi, Ümumdünya Səhiyyə Təşkilatı, Ümumdünya Qida Proqramı və BMT-nin Minalardan Təmizləmə Xidməti kimi digər beynəlxalq qurumların nümayəndələrinin də yararlanması vacibdir: “Münaqişədən sonrakı yenidənqurma mərhələsinə yaxınlaşdığımız sonrakı mərhələlərdə BMT-nin İnkişaf Proqramı da öz müsbət rolunu oynamalıdır. Həm Azərbaycan, həm də erməni tarixi abidələrinin və dini məbədlərinin qorunması haqqında xüsusi danışmaq istəyirəm. Bu məsələ əxlaqi və bəşəri ölçüyə malikdir. İnanıram ki, burada YUNESKO-nun iştirakı daha çox tələb olunur.
Bütün humanitar səylərimiz və ixtisaslaşmış beynəlxalq strukturların fəal iştirakı, Dağlıq Qarabağ probleminin bundan sonra etibarlı və uzunmüddətli siyasi həllinə kömək edəcəkdir. Bu əsasda ATƏT-in Minsk Qrupundakı tərəfdaşlarla əməkdaşlığımızı qurmağa davam edəcəyik. Mən artıq bizim ümumi səylərimizə qiymət verdim. Ümid edirəm ki, işimiz davam edəcək”.
Putin bölgədə qarşıdurmaların qarşısını almaq və Azərbaycan ordusunun azad etdiyi bölgələrdə vəziyyəti sabitləşdirmək üçün Rusiya sülhməramlılarının komandanı Rüfət Muradova tapşırıq verib. Prezident komandana Dağlıq Qarabağdakı yerli erməni və azərbaycanlılarla əlaqənin təmin etməyi də həvalə edib.
İclasda çıxış edən Rusiya Xarici İşlər naziri Sergey Lavrov isə Dağlıq Qarabağda sülhməramlı əməliyyatın mahiyyətini dəyişdirməyə cəhdlərin olduğuna diqqət çəkib: "Təəssüf ki, belə bir tendensiya var, biz bunu hiss edirik. Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin 9 noyabr bəyanatının icrasını ləngitməyə, bu bəyanatın tam yerinə yetirilməsinə imkan verməməyə yönəlmiş bir meyl var, hər kəs bunun uğurla həyata keçirildiyini etiraf etməyə məcbur olsa da, sülhməramlı əməliyyatın mahiyyətini dəyişdirmək cəhdləri var. Biz bunu müşahidə edirik".
Sergey Lavrov bildirib ki, ABŞ və Fransaya Qarabağla bağlı üçtərəfli razılaşma haqqında ətraflı məlumat verilib: "Bu günlər ərzində Moskvaya səfər edən amerikalılar və fransızlarla sıx təmasdayıq. Mən onlarla görüşdüm, həmkarlarım onlarla görüşdü, onlara tam məlumat verildi. 9 noyabrda imzalanan sazişin son illərdə ATƏT-in Minsk Qrupu həmsədrləri tərəfindən razılaşdırılmış və dünyada geniş dəstək aldığı prinsiplərə tamamilə uyğundur".
Rusiya Müdafiə naziri Sergey Şoyqu isə bildirib ki, Rusiya və Türkiyə Dağlıq Qarabağda atəşkəsə nəzarət etmək üzrə yaradılan Birgə Monitorinq Mərkəzinin harada yerləşəcəyi barədə razılaşmanı tamamlamaq üzrədir: "Atəşkəsə və bütün hərbi əməliyyatlara nəzarət etmək üçün Azərbaycan ərazisində Birgə Rusiya-Türkiyə Monitorinq Mərkəzinin yeri və vəzifələri ilə bağlı Türkiyə tərəfi ilə razılaşmanın detalları başa çatmaqdadır".
Şoyqu bildirib ki, Rusiya sülhməramlı kontingentinin Dağlıq Qarabağda yerləşdirilməsi tam başa çatıb, vəzifələrini yerinə yetirməyə başlayıb.
İclasda "Dağlıq Qarabağdakı atəşkəs pozulmur", - deyən Dağlıq Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin komandanı general-leytenant Rüstəm Muradov bildirib ki, "Atəşkəs pozuntuları və təxribat olmayıb" deyib: "Erməni bölmələri bəzi bölgələrdən, məsələn, Ağdamdan, Laçından da geri çəkildikdən sonra hələ də erməni mülki insanlar qalır".
O bildirib ki, sülhməramlılar təmas xəttində öz vəzifələrini tam məsiliyyətlə icra edirlər.
Putin sonda iclas iştirakçılarına - Baş nazirin müavini Aleksandr Novak, müdafiə naziri Sergey Şoyqu, xarici işlər naziri Sergey Lavrov, fövqəladə hallar naziri Yevgeni Ziniçev, maliyyə naziri Anton Siluanov, Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov və Dağlıq Qarabağdakı Rusiya Sülhməramlı Qoşunlarının komandanı Rüstəm Muradova sülhməramlı missiya ilə bağlı müvafiq tapşırıqlar verib.
Mia.az
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
2027-nin büdcəsi: neftin qiyməti nə qədər proqnozlaşdırılıb?
Bugün, 21:16 İQTİSADİYYAT
-
Əli Nağıyev Qazaxıstanda tədbirdə: "Regional təhlükəsizliyə təhdidlər sırasında..."
Bugün, 20:09 SİYASƏT
-
Arzuların çiçək açdığı təhsil ocağı - Heydər Əliyev adına məktəbdən reportaj (FOTOLAR)
Bugün, 18:26 CƏMİYYƏT
-
Avqustda 179 nəfər Avropa ölkələrindən Azərbaycana readmissiya edilib
Bugün, 18:12 GÜNDƏM
-
SOCAR Afrikada neft-qaz yatağından pay aldı
Bugün, 18:00 İQTİSADİYYAT
-
Türkiyə Milli Kəşfiyyat İdarəsinin rəhbəri Əfqanıstanda görüşlər keçirib
Bugün, 17:56 DÜNYA
-
Türkiyə və İran XİN başçıları müzakirə apardı - Telefonda
Bugün, 17:49 DÜNYA
-
"Yelo Bank"ın Müşahidə Şurasının üzvü bankdan ayrılıb
Bugün, 17:37 İQTİSADİYYAT
-
Səudiyyə Ərəbistanına ard-arda hücum: neft obyektləri, hava bazası, F-15 vuruldu - "Dayanmayacağıq, davamlı hücumlarımız olacaq"
Bugün, 17:25 GÜNDƏM
-
Prezident sükan arxasında - VİDEO
Bugün, 17:07 GÜNDƏM
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Badamdarda evdə partlayış olub, bir nəfər xəsarət alıb
Bugün, 16:54 CƏMİYYƏT
-
Səlçuk Bayraktar paylaşdı - AKINCI-dən atılan SUNGUR raketi hədəfi dəqiqliklə vurdu (VİDEO)
Bugün, 16:33 GÜNDƏM
-
Domeniko Tedesko 4 oyun sonra istefaya göndərildi
Bugün, 16:21 İDMAN
-
Şahin Mustafayev Federasiya prezidenti seçilib
Bugün, 16:06 İDMAN
-
"Leytenant" rütbəsi ilə bağlı hərbi qanunlar dəyişir - DETALLAR
Bugün, 16:05 GÜNDƏM
-
Prezident deputatı təltif etdi - Sərəncam
Bugün, 15:59 GÜNDƏM
-
İCRA HAKİMİYYƏTİNDƏ ƏMƏLİYYAT: iki nəfər həbs edildi, başçı vəzifədən azad olundu (YENİLƏNİB)
Bugün, 15:47 GÜNDƏM
-
Xankəndi və Füzulidəki incəsənət məktəbləri Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
Bugün, 15:34 MƏDƏNİYYƏT
-
Universitetin birinci kurs tələbələrini təhdid edənlər haqqında araşdırma başlayıb
Bugün, 15:29 CƏMİYYƏT
-
"Siz videoda butulka görürsünüz?" - Baləli ilə meyxanaçı toyda dalaşıblar
Bugün, 15:22 ŞOU-BİZNES
-
"Qalatasaray" 30 milyon avroya aldığı futbolçunu yola salmaq üçün yol axtarır
Bugün, 15:06 İDMAN
-
Avropa İttifaqından Kanadaya jest - "Assosiativ üzv" statusu təklif olunub
Bugün, 14:57 DÜNYA
-
“Veysəloğlu” MMC Azərbaycanda ilk dəfə “BRCGS Storage and Distribution” sertifikatını əldə edib (FOTO)
Bugün, 14:44 İQTİSADİYYAT
-
Əhdiman və dostu sərbəst buraxıldı
Bugün, 14:27 KRİMİNAL
-
Azərbaycanda internet tarifləri artırılır
Bugün, 14:19 İQTİSADİYYAT
-
"Kurtlar Vadisi" serialı ilə bağlı istintaq başladıldı - FETÖ ilə əlaqə araşdırılır
Bugün, 14:08 MƏDƏNİYYƏT
-
Havvaxanım Rüstəmovaya hökm oxundu
Bugün, 13:36 KRİMİNAL
-
Ermənilərin diplomatlara qarşı əsassız hücumu... - Musa Musayev yazır
Bugün, 13:25 SİYASƏT
-
"Formula 1" üzrə dünya çempionatının təqvimini açıqlanıb
Bugün, 13:13 İDMAN
-
Gələn ilin büdcə layihələri Nazirlər Kabinetinə təqdim olunub
Bugün, 13:07 İQTİSADİYYAT
-
İSRAİL QƏZZANI 2 MİLYONLUQ FƏLƏSTİNLİLƏRDƏN BOŞALTMAĞA HAZIRLAŞIR - Nazir "əhatəli hücum an məsələsidir" anonsunu verdi
Bugün, 12:58 DÜNYA
-
ABŞ ordusu yanacaq qaçaqmalçılarına qarşı əməlyyat keçrdi - Tanker batırıldı
Bugün, 12:58 DÜNYA
-
Cavid Qurbanovun əmisi oğlu nədə ittiham olundu? - Məhkəmə hökm çıxardı
Bugün, 12:41 KRİMİNAL