AZƏRBAYCAN ORDUSU AĞDAMDA: şəhər və məscid viran günə qoyulub - VİDEOLAR
20-11-2020 [09:00]
Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin imzaladığı 3 tərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri noyabrın 20-də Ağdam rayonuna daxil olub.
Mia.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Ağdam rayonundan foto və video materiallar gün ərzində təqdim olunacaq.
***
Aran Qarabağın vaxtilə ən böyük şəhəri olan Ağdam noyabrın 19-da Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altına keçib.
Bu barədə sosial şəbəkələrdəki məlumatlardan və hərbi qulluqçuların çəkdikləri videolardan məlum olub.
Videogörüntülərdə zirehli avtomobillər qafiləsinin Ağdam istiqamətində hərəkət etdiyi görünür. Sabah bununla bağlı rəsmi açıqlamanın olacağı gözlənilir.
Artıq hərbçilərimiz Ağdamın şəhər viranələrini və şəhərin yarıdağılmış vəziyyətdə olan mərkəzi məscidinin görüntülərini paylaşıblar. Ermənilər bu məsciddən donuz damı kimi istifadə edirdilər.
Xatırladaq ki, 9 noyabr tarixli sazişə əsasən, Ermənistan qoşunları Ağdam rayonunu noyabrın 20-nə qədər boşaltmalıdırlar.
Ağdam 1993-cü ilin iyulunda ermənilər tərəfindən işğal edilib və işğal edilmiş ərazilərdə bütün digər yaşayış məntəqələri kimi, tamamilə məhv edilib.
150 min əhalisi olan bu şəhər həmişə Azərbaycanın ən zəngin və firəvan şəhərlərindən biri olub. Şəhər regionda strateji mövqeyə sahibdir və Dağlıq Qarabağın üç rayonuna – Xocavənd (Martuni), Əsgəran və Ağdərə (Mardakert) rayonlarına çıxışı var. Ağdam Dağlıq Qarabağın inzibati mərkəzindən – Xankəndindən (Stepanakert) cəmi 25 km məsafədə yerləşir.
Bu gün Azərbaycanlılar 27 illik işğaldan sonra bu rayona qayıdıblar. Amma son 5 gün ərzində ermənilər bu rayonda, ilk növbədə ermənilərin işğaldan sonra məskunlaşdıqları kəndlərdə olan bir çox obyekti yandırıblar. (Turan)
"Beşiktaş" "Kasımpaşa" matçının hazırlıqlarına başladı
"Barselona" Nataniel Braunu transfer etməyə yaxınlaşıb
"Qalatasaray" "Liverpul" matçına hazırlaşır
"Trabzonspor" "Eyüpspor" matçına hazırlıqlarını davam etdirir
"Real Madrid" Maykl Olise ilə maraqlanır
Bu gün İlaxır çərşənbədir
Əfsanəvi universitetdə doktorantura proqramına başlayan azərbaycanlı
Avropa Liqası final biletləri satışa çıxıb
Xəzər Universitetinin 35 illik yubileyi qeyd edilir
Braziliya millisinin heyəti açıqlandı
İngiltərə nəhəngi cərimələnib - Transfer qadağası qoyuldu
Tramp: ABŞ neft hasilatını rekord səviyyəyə çatdırır
Masazırda 38 yaşlı qadın iynə vurulduqdan sonra ölüb
Zelenski sabah Britaniyaya səfər edəcək
İsrail parlamenti üzərində İran raketi zərərsizləşdirilib
İlber Ortaylı ilə vida mərasimi keçirilib
ETX adından istifadə edən kurslarla bağlı - Xəbərdarlıq
Bakıda və bölgələrdə külək güclənəcək - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Qanunsuz onlayn kazino oyunları: 4 nəfər tutulub
Axtarışda olan Azərbaycan vətəndaşı Polşada saxlanılıb
"Bunlar öz sayğaclarına belə hörmət qoymurlar" - QHT rəhbəri "Azəriqaz"ın qanunsuzluğunu sadaladı (FOTO)
Əhməd Məmmədli 6 il müddətinə azadlıqdan məhrum edilib
Azərbaycan yumurta ixracını müvəqqəti dayandırıb
Bakıda keçmiş SSRİ bayraqları ilə yürüşə cəhd edənlər... - Hakim qarşısına çıxarıldı
İspaniya İsrailə bağlı BMT-yə müraciət etdi
NATO-dan Hörmüz boğazı ilə bağlı Trampın təhdidinə cavab verildi
Ramazan bayramının namazı nə vaxt qılınacaq? - Açıqlama
Samir Nuriyev Əlaqələndirmə Qərargahının üzvlərini topladı - Nələr müzakirə olunub? (FOTO)
MART AYINDA BU TARİXLƏRDƏ RƏSMİ İŞ OLMAYACAQ
Xəzər dənizində yenə zəlzələ olub
Gəncə Şəhər MKTİB-nin işçilərinin maaşından tutulma var?
SOCAR-la "PALMALİ" ARASINDA QALMAQAL: "Mübariz Mənsimov və şirkət işçiləri ifadə veriblər" - MƏHKƏMƏ PROSESİ
Vəzifədən azad edilən aparat rəhbərinə bu nazirlikdə vəzifə verildi
Misli Premyer Liqası: XXVI turun oyun proqramı açıqlanıb
MİDA-da aparat rəhbəri dəyişdi - Fərman Qurbanlı getdi, MMC işçisi yüksək vəzifəyə gətirildi
Sabah yağış yağacaq
İran İsrailə yeni nəsil raketləri fırladıb - Açıqlama
Neftçala sakini dəm qazından zəhərlənib
İran BƏƏ-ni ittiham etdi, ardınca hava limanına sərt zərbə endirdi