Nazirlik: "Bu qeyri-peşəkar yanaşma muzeyin imicinə və qərəzsizliyinə kölgə salır"
19-11-2020 [15:32]
"Metropolitan İncəsənət Muzeyinin 17 noyabr 2020-ci il tarixində erməni mədəni irs obyektləri ilə bağlı verdiyi açıqlama Dağlıq Qarabağ münaqişəsi və onun dağıdıcı nəticələri barədə tam məlumatı olmayan aparıcı bir mədəniyyət müəssisəsinin qərəzli və birtərəfli mövqeyini əks etdirir".
Mia.az xəbər verir ki, bu sözlər Azərbaycan Mədəniyyət Nazirliyinin məlumatında qeyd olunub.
Mədəniyyət Nazirliyi Metropolitan İncəsənət Muzeyinə xatırladır ki, təqribən otuz il müddətində Ermənistan BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrini icra etməyərək Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayon daxil olmaqla Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazilərinin təxminən 20 faizini qanunsuz olaraq işğal altında saxlayıb:
"UNESCO-nun “Silahlı münaqişə zamanı mədəni mülkiyyətin müdafiəsi haqqında” 1954-cü il Haaqa Konvensiyası və “Mədəni mülkiyyətin qanunsuz olaraq ölkəyə gətirilməsi, ölkədən çıxarılması və mülkiyyət hüququnun qanunsuz olaraq başqasına verilməsinin qadağan olunması və qarşısının alınmasına yönəldilmiş tədbirlər haqqında” 1970-ci il Konvensiyasına üzv dövlət olmasına baxmayaraq, Ermənistanın işğal etdiyi ərazilərdə Azərbaycanın mədəni irsini necə məhv etdiyi, saxtalaşdırdığı və talan etdiyi barədə təkzibedilməz faktlar və dəlillər mövcuddur.
Yüzlərlə tarix və mədəniyyət abidələri, mədəniyyət müəssisələri, o cümlədən 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 mədəniyyət sarayı, klub və mədəniyyət evi, 85 musiqi və rəssamlıq məktəbi, 100 mindən artıq eksponatın toplandığı 22 muzey, 4 rəsm qalereyası, 4 teatr müəssisəsi, 2 konsert müəssisəsi, 8 mədəniyyət və istirahət parkı bu vandalizminin qurbanına çevrilib.
İşğal olunmuş ərazilərdəki bütün məscidlər və digər İslam irsi demək olar ki, məhv edilmiş və donuzların saxlanıldığı məkana çevrilmişdir. İnsanlığa qarşı bu cinayətlər müxtəlif internet saytlarında və forumlarda öz əksini tapmışdır.
Müvafiq elmi araşdırma və tədqiqat aparmadan Metropolitan İncəsənət Muzeyi kimi nüfuzlu bir mədəniyyət müəssisəsinin aldanması və erməni təbliğatının alətinə çevrilməsi təəssüf doğurur. Bu qeyri-peşəkar yanaşma muzeyin imicinə və qərəzsizliyinə kölgə salır.
Biz Azərbaycan irsinin vəziyyətinə yerində baxış keçirmək və Azərbaycana qarşı törədilən mədəni soyqırımın şahidi olmaq məqsədilə Metropolitan İncəsənət Muzeyini texniki missiya üçün işğaldan azad olunmuş ərazilərimizə dəvət edirik".
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
Premyer Liqası: növbəti turun təqvim və hakim təyinatları açıqlanıb
DEPUTATLAR TOPLANIB: daha 14 məsələ müzakirə olunacaq - SİYAHI
Misli, Topaz... - Azərbaycan futbolunda nə baş verir?
“Yaxşı verilişlərin aparıcılarının "saxlayanı" var” - Kamran Həsənli kimin bostanına daş atır?
Bakının strateji hədəfi və ya rəsmi Moskvanın qərbi azərbaycanlılarla bağlı mesajı - TƏHLİL
Türkiyə səfirliyinin yeni mətbuat katibi Bakıya gəlib
İran İsrailə cavab zərbəsi endirəcək? - ABŞ-ın İsraildəki səfirliyi vətəndaşlarına xəbərdarlıq edib
Əfqan mədənçi böyrəyə görə yandırılıb?
"Olimpiakos"un baş məşqçisi: "Topu "Fənərbağça"ya verib, onları yorduq" - İsmayıl Kartal isə üzr istəyib
Xankəndidə yenidən silah-sursat aşkarlanıb