Anar Kərimov İsrailin ölkəmizdəki səfiri ilə görüşüb
19-11-2020 [11:42]
Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov İsrailin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Corc Dik ilə görüşüb.
Nazirlikdən Mia.az-a verilən məlumata görə, görüş zamanı Anar Kərimov Azərbaycanla İsrail arasında müxtəlif istiqamətlər üzrə, o cümlədən mədəniyyət sahəsində əməkdaşlığın inkişaf etməsinin iki ölkənin maraqlarına uyğun olduğunu vurğulayıb.
Bu günlərdə Azərbaycanın tarixi qələbəsi ilə başa çatan Vətən müharibəsindən söz açan nazirin birinci müavini Ermənistan ordusunun yaşayış məntəqələrimizə, dinc əhaliyə qarşı hücumları barədə danışıb. Gəncəyə raket zərbəsindən sonra səfir Corc Dikin oraya gedərək bu insanlıq əleyhinə cinayəti öz gözləri görməsini təqdirlə qeyd edən Anar Kərimov göstərilən dəstəyə görə minnətdarlığını bildirib.
Ölkəmizin dünyada mədəniyyətlərarası dialoqa töhfəsindən bəhs edən Anar Kərimov Prezident İlham Əliyev tərəfindən irəli sürülmüş “Bakı Prosesi” təşəbbüsünün beynəlxalq platformaya çevrildiyini diqqətə çatdırıb.
Vurğulanıb ki, multikultural və çoxkonfessiyalı ölkə olan Azərbaycanda müxtəlif xalqların və dinlərin nümayəndələri dinc yanaşı yaşayırlar. Ölkəmizdəki yəhudi icması da cəmiyyətimizin tərkib hissəsidir. Yəhudi icması Azərbaycan xalqı ilə tarixən mehriban şəraitdə yaşayıb, bu gün də ölkəmizin inkişafına öz töhfəsini verir. Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən Milli Qəhrəman Albert Aqarunovla xalqlarımız qürur duyur.
Səfir Corc Dik səmimi qəbula görə təşəkkürünü bildirərək iki xalqın əsrlərə dayanan dostluq münasibətlərinin bu gün Azərbaycan və İsrail arasında sıx əməkdaşlığa zəmin yaratdığını vurğulayıb. Ölkələrimiz və xalqlarımız arasında əlaqələrin müxtəlif sahələrdə inkişafını qeyd edən diplomat respublikamızın müstəqillik illərində qazandığı nailiyyətləri yüksək qiymətləndirib, tolerantlıq baxımından Azərbaycanın digər dövlətlər üçün model olduğunu deyib.
Görüşdə iki ölkə arasında mədəni əməkdaşlığa nəzər salınıb, müxtəlif sahələr üzrə mübadilənin genişləndirilməsi, müvafiq fəaliyyət planlarının hazırlanması müzakirə olunub. Mədəniyyət sahəsində birgə əməkdaşlıqda maraqlı olduqlarını qeyd edən səfir bildirib ki, caz musiqisi, Azərbaycan muğamı və yəhudi musiqisi ilə bağlı birgə layihələr həyata keçirilə bilər.
Söhbət zamanı yaradıcı sənayelər sahəsində əməkdaşlığın qurulmasının vacibliyi də qeyd edilib.
Ceyhun Bayramov Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə müzakirə aparıb - XİN-dən açıqlama
Azercell gənclərin informasiya texnologiyaları sahəsində inkişafını dəstəkləməyə davam edir
Polşanın baş naziri: "Dünya yeni müharibə dövrünə qədəm qoyub..." - "Önümüzdəki iki il ərzində hər şey müəyyən olunacaq"
Nazir sabiq rəisə yeni vəzifə verdi
Sabiq direktorun cinayət işi məhkəməyə göndərilib
Şərqşünaslıq İnstitutunda 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan tədbir keçirilib - FOTOLAR
Məhkəmə Ələsgər Məmmədliyə "yox!" dedi
"Azərbaycan və Ermənistan sülhə heç vaxt olmadığı qədər yaxındır, lakin..." - Prezidentin köməkçisi
Güclü külək əsəcək - Xəbərdarlıq
Hamlet faciəsi illər sonra səhnədə -FOTO
Mübariz və Mais Mənsimovlar məhkəməyə verildi
Bakıda və Abşeronda havada toz müşahidə olunur
125 min fələstinli cümə namazını Məscidül-Əqsada qılıb - FOTO
Sabirabadda qan tökən salyanlının cinayət işi məhkəməyə göndərilib
AVRO 2024: hansı ulduz futbolçular kənarda qalıb?
Ramiz Mehdiyev cərimələnib? - "Bunlar başdan-ayağa uydurmadır"
Premyer Liqa: iki turun təqvimi açıqlanıb
Deputatlar bu tarixdə toplanacaq
Həmyerlimiz Avropa çempionatının oyununa təyinat aldı - EKSKLÜZİV
PENSİYA HAQQINDA QANUN DƏYİŞİR: bu şəxslərin vaxtından əvvəl pensiyaya çıxmaq hüququ olacaq (YENİLƏNİB)
ONLARIN TƏHSİL HAQQINI DÖVLƏT ÖDƏYƏCƏK - Yeni qanun
Bu şəxslərin maaşı artırılır - Məbləğlər
Qəzzada müharibənin 175-cü günü: ölənlərin sayı artıb
Biznesmen deputat Ülvi Quliyev federasiyanın fəxri prezidenti olacaq - O, yeni sayt da yaradıb
Sabah yağış yağacaq
"Bu işdə dərman alverçilərinə kömək edən məmurlar var" - Deputat kimlərin "bostanına daş atdı?"
"Fənərbağça" bu futbolçuya qapını göstərdi: "Özünə yeni klub tap!"
Yunanıstanda güclü zəlzələ olub - 5,8 bal gücündə
Üzərinə həbs qoyulmuş əmlaklar... - Yeni qaydalar müəyyənləşib
Bu qanunu pozanlar cəzalandırılacaq - Detallar
Yeni tiklilərə su necə veriləcək? - Qanun dəyişdi
"Bavariya" Arda Güləri transfer etmək istəyir
Daha 163 dövlət əmlakı hərraca çıxarılıb
Deputatlar toplanıb: daha 21 məsələ müzakirəyə çıxarılıb - SİYAHI
YOXSULLUQ və YOXSULLAR
"İncə səhər" verilişində qalmaqallı rəqs...- VİDEO
İsrail Hələb hava limanını bombalayıb - Xeyli ölən və yaralanan var
Jurnalist İdrak Camalbəyli qəfil vəfat etdi
Ombudsman bəyanat yayıb - MƏTN
Türk aktyor COVİD-ə yoluxub - Filmin çəkilişi təxirə salınıb