PUTİNDƏN ERMƏNİSTANA AÇIQ XƏBƏRDARLIQ: "Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, Yerevanın sazişdən imtinası isə..."
17-11-2020 [22:50]
"Beynəlxalq hüquqa əsasən, Qarabağ həmişə Azərbaycanın ayrılmaz hissəsi olub".
Bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
Dövlət başçısı qeyd edib ki, KTMT bu münaqişəyə müdaxilə edə bilməzdi: "Çünki heç bir dövlət Ermənistana hücum etməyib".
Rusiya prezidentinin sözlərinə görə, Qarabağ münaqişəsinin nizamlanması üzrə vasitəçi missiyasını üzərinə götürüb, hər iki ölkənin liderini dinləyib və onlarla növbə ilə əlaqə saxlayıb/Report.
Mia.az xəbər verir ki, Putin "Rusiya 24" telekanalında Türkiyə ilə Qarabağla bağlı mərkəz yaradılmasına da toxunub: "Qarabağ üzrə birgə Rusiya-Türkiyə mərkəzi pilotsuz uçuş aparatlarından istifadə edəcək. Bizim Yaxın Şərqdə qarşılıqlı əlaqə üzrə çox yaxşı təcrübəmiz var, həmçinin Suriyada, İdlib zonasında, Suriya və Türkiyə arasında sərhəddə birgə patrul xidməti, konvoylar təşkil edirik. Burada bu cür qarşılıqlı əlaqə tələb olunmur. Amma biz razılaşdıq ki, birgə mərkəz yaradaq, hansı ki, pilotsuz uçuş aparatlarından istifadə edəcək. Bu aparatların köməyi ilə ayrılma xətti boyunca vəziyyətə birlikdə nəzarət edəcək, informasiya alacaq, birlikdə təhlil edəcəyik".
Rusiya Prezidenti əlavə edib ki, rəsmi Bakı Rusiya-Türkiyə birgə monitorinq mərkəzinin harada yerləşəcəyini özü müəyyən edəcək: "Görünür, bu, Azərbaycanın suveren ərazisində olacaq və Azərbaycan onun harada yerləşdirilməsi ilə bağlı qərar qəbul etməkdə müstəqildir"..
Rusiya prezidenti Ermənistanın Qarabağla bağlı üçtərəfli sazişdən imtina edəcəyi ehtimalına da münasibət bildirib: “Ermənistanın indiki əldə olunan Qarabağla bağlı sazişdən imtinası ölkə üçün intihar olardı. Baş nazir Nikol Paşinyan üçün əlbəttə ki, çətin idi, lakin üçtərəfli bəyanatımızı imzalayarkən real mənzərəni və vəziyyəti olduğu kimi açıqladı, vəziyyət bu gün də belədir. Əlavə edəcək bir şey yoxdur. O, bütün həqiqəti söylədi."
Kreml rəhbəri, eyni zamanda, hər bir ölkənin müqavilələrə riayət etməsi və ya yerinə yetirməməsi, lakin öhdəliklərini yerinə yetirməməsinin böyük bir səhv olacağını qeyd edib.
Mia.az
“Nar”ın “Çoox Şanslı” lotereyasında 9-cu avtomobil uduldu
Növbəti iki gündə güclü külək əsəcək - Xəbərdarlıq
45 hakim and içib
Ağdərəyə növbəti köç olub
İnstitut direktoru vəzifədən azad edilib - Yeni təyinat
Çingiz Qənizadənin oğlu yeni vəzifəyə təyin olunub
DİN Qarabağ bölgəsinə gedən şəxslərə müraciət edib
İcra başçısının müavini vəzifədən çıxarılıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
“Azpetrol” şirkəti də Ruslan Eyyubova məxsus imiş...
Ebru Gündeşin keçmiş əri sərbəst buraxılıb (Yenilənib)
Rusiyada İslam Bankı yaradılır - Duma üzvündən açıqlama
"Azərbaycanla Türkiyə iki bədəndə bir candır”– Tənzilə Rüstəmxanlı ilə VİDEOMÜSAHİBƏ
Ərəblər "Fənərbağça"nın hücumçusunu satın alır - Danışıqlar başlayıb
Məşhur müğənninin villası satışa çıxarıldı - 5.2 milyona + FOTOLAR
"Güzəştli mənzil" sisteminə kiberhücum... - DTX araşdırmaya başlayıb
Sahil Babayev Regional Maliyyə İdarəsinə rəis təyin edib
Arda Turan "Fənərbağça"nın oyunçusunu istəyir
"Arsenal" gənc müdafiəçi Darli Bakola ilə maraqlanır
"Qalatasaray" yeni transferlərə hazırlaşır - Siyahıda kimlər var?
Deputatar bu tarixdə toplanır: hansı dəyişiklik müzakirə olunacaq?
Suriyada məsciddə partlayış: 8 nəfər ölüb, yaralılar var
"Axios" Tramp və Zelenskinin görüş yeri və tarixini yazdı
Çin 6-cı nəsil qırıcı təyyarəsi ilə dünyaya qorxu saldı
Ədliyyə Nazirliyi partiyanın müraciətini geri qaytardı
Ruben Vardanyanın məhkəməsi təxirə salınıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Prezident daha bir qanunu təsdiqlədi - Dəyişiklik
Nazir, komitə, xidmət rəisi... - Onların qəbul günləri açıqlandı
"Bakı Metropoliteni" iş saatlarında dəyişiklik edəcək
“Cəhalətdən Cəmiyyətə” - Qadın liderlər yenə bir arada
XİN başçısından Bakıdakı "Rus Evi"nin ləğvi ilə bağlı - Açıqlama
Üç nəfər futboldan uzaqlaşdırılıb
Xətaidə qətl: 31 yaşlı şəxs 45 yaşlı kişini öldürdü
Ceyhun Bayramov: "Sülh prosesində böyük irəliləyiş əldə olunub"
200 000 manatlıq “Porsche Cayenne” sənin ola bilər!
Hakim Rafail Sadıxovun hakimlik fəaliyyətinə xitam verildi
Bu klublar cərimələnib
Gürcüstana səfər edənlərin diqqətinə: mütləq tibbi sığorta alın! - AZAL-dan xəbərdarlıq
ƏLİ BAĞIŞDAN "ALTI VƏ SIFIR"
Ermənistan vətəndaşları məhkəmədə: Davit İşxanyan son söz deyir
“ASAN Xidmət”də əlbəyaxa dava düşüb