RƏSMİ MOSKVADAN QARABAĞLA BAĞLI MÜHÜM BƏYANAT: “Rusiya bu sözlərin arxasındadır, hər şeyi edəcəyik ki..."
17-11-2020 [14:49]
“Mən üç liderin (Rusiya, Azərbaycan prezidentləri və Ermənistan baş naziri-red) bəyanatından qopardılan hissənin interpretasiyasını şərh edə bilmərəm. Bu bəyanatda razılaşdırılan hər şey göstərilib. Bu və ya digər fəaliyyətdə olan şəxs tərəfindən bu bəyanatın üstünə əlavə olunanlar onun məsuliyyətidir”.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) prezidenti Peter Mauerlə görüşünün yekunlarına dair birgə mətbuat konfransında deyib.
Ermənistanın baş naziri Nikol Paşinyanın qondarma "“Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyinin tanınması ölkəsi üçün prioritet məsələdir” bəyanatının Qarabağla bağlı üçtərəfli razılaşmaya zərbə vurmur?” sualına cavab verən Rusiya XİN başçısı bildirib ki, ölkəsi hazırda imzalanan bəyanatın dəyişdirilməsi cəhdlərini görmür.
“Mən bu sözlərin arxasındayam. Rusiya bu sözlərin arxasındadır. Əgər düz başa düşürəmsə, Ermənistanda hazırda sadə olmayan müzakirələr gedir. 17 partiya birləşib ki, ölkələrinin maraqlarını dəstəkləsinlər. Onlar birmənalı olaraq bu bəyanatın həyata keçirilməməsi cəhdlərinə qarşı olduqlarını bildiriblər. Biz bundan çıxış edirik. Hər şeyi edəcəyik ki, belə cəhdlər baş verməsin və bütün hallarda uğurla nəticələnməsin. Kim hara qayıdır, kim hara gedir, hamısı bəyanatda yazılıb. Bütün bunlar ən yüksək səviyyədə razılaşdırılıb”.
Onun sözlərinə görə, Azərbaycan və Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin bütün bunların icra edilməsinin lazım olduğu barədə dəqiq anlayışı var.
“O ki qaldı azərbaycanlı və erməni qaçqınların qayıtması məsələsinə, onlar öz ənənəvi yaşayış yerlərinə tam beynəlxalq humanitar hüquqa normalarına uyğun olaraq təhlükəsiz və könüllü olaraq qayıtmalıdırlar. Əlbəttə ki, onlara əvvəlki yaşayış yerlərində yerləşməyə yardım edilməlidir. Həmin yerlərdə hərbi əməliyyatlar gedib. O yerlərdə bərpa işlərinə ehtiyac var. Biz bu gün bu mövzu haqqında da danışdıq. Bu məsələdə beynəlxalq təşkilatlar öz rolunu oynaya bilər. Biz buna hər cür yardımı edəcəyik. Qayıtmaq arzusunda olanlara tezliklə yardım etmək vacibdir”, - deyə Rusiya XİN başçısı qeyd edib/APA.
Kosmosda silahlanma... - Rusiya qətnamayə veto qoyub
Azərbaycan Ordusunda komanda qərargah təlimləri keçirilir - VİDEO
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək - Bu tarixdə
Müğənni: "Bunu kimə desəm deyər ki, sənə ayıb olsun!"
Almaniya prezidenti CHP lideri ilə almanca danışdı və belə dedi: "Mükəmməl alman!" - 50 dəqiqəlik qapalı görüş olub (FOTO)
İsrail Hərbi Şurası HƏMAS-la görüşəcək - Yeni təklif hazırlanıb
"Google" İsrailə etiraz edən daha 20 əməkdaşını işdən çıxarıb
Millimiz bu gün Özbəkistan komandası ilə qarşılaşacaq
Yusif Yazıçının komandası uduzub
Azərbaycan nefti bahalaşır
Macarıstanın xarici işlər və ticarət naziri Azərbaycana gəib
Məşhur məşqçi xəstəxanaya yerləşdirilib - Səbəb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb