Elmira İsmayılova: "Azərbaycanda teatrda fəaliyyət göstərənlər başqa şərtlərlə işləyirdilər, biz isə..."
14-11-2020 [13:49]
Ömrünü-gününü teatra, incəsınətə həsr edən, həm evdə, həm də səhnədə fədakarlıq göstərən Azərbaycanın tanınmış teatr və kino aktrisası, Azərbaycan Respublikasının Xalq artisti Elmira İsmaylovadan söhbət açmaq istəyirəm.
Bu gün Elmira xanımın doğum günüdür.
Dəyərli aktrisamızı ürəkdən təbrik edir, can sağlığı, yeni-yeni yaradıcıılıq uğurları arzulayırıq!
Elmira İsmayılova kimdir?
Bu gün çoxlarımız onu ATV-də yayımlanan "5 gəlin"in qaynanası kimi tanıyır.
Elmira Məhərrəm qızı İsmayılova 1945-ci ilin noyabrında İrəvanda ziyalı ailəsində anadan olub. 1968-ci ildə orada Pedaqoji İnstitutu bitirib. Elə həmin ildən etibarən C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında aktrisa vəzifəsində işləyib.
50 ildən çoxdur ki, çalışdığı teatra sadiq qalan Elmira xanım aktrisa kimi fəaliyyət göstərdiyi illər ərzində bir çox müxtəlif janrlı obrazlar yaradıb.
Elmira İsmayılova Humay (S.Rəhman, "Əliqulu evlənir"), Afət (M.Şamxalov "Qaynana"), Qrafinya (U.Şekspir, "Axırı xeyir olsun"), Dilarə (Anar, "Şəhərin yay günləri"), Dilbər xanım (N.Vəzirov, "Hacı Qəmbər"), Oqudalova (A.Ostrovski "Cehizsiz qız"), Smeraldina (K.Qoldoni, "İki ağanın bir nökəri"), Böyükxanım (C.Cabbarlı, "Aydın"), Xala (Ü.Hacıbəyov, "Arşın mal alan"), Nazik (S.Rəhman, "Ulduz") və s. rollarını böyük məharətlə oynayıb.
Tamaşalarda yaratdığı obrazlarla böyük tamaşaçı sevgisi qazanan aktrisa səhnədə "Qayınana”nın Afətini, "Ulduz”un Nazikini, "Arşın mal alan”ın Xalasını, "Aydın”ın Böyükxanımını və digər rolları uğurla ifa edib.
Aktrisa "Ömürdən uzun gecə” və "Əkizlərin nağılı” televiziya filmlərinə də çəkilib.
"Teatr insan qədər köhnə və insan var olduqca var olacaq bir məfhumdur" - Azərbaycanın Xalq artisti Vidadi Əliyev belə söyləyib.
Məlumat üçün bildiririk ki, Vidadi Əliyev Elmira xanımın həyat yoldaşıdır. Vidadi Əliyev də aktyordur. Onlar uzun müddətdir ki, səhnədə və ailədə tarixin ən amansız illərində çiyin-çiyinə bu ağır yükü birlikdə gəzdiriblər. 75 yaşlı qəhrəmanlarımız çox məşəqqətli illərin şahidinə çevriliblər.
Bu keşməkeşli yolda sənət fədailəri çox əziyyətə qatlaşmalı olublar. Amma bu dınaqlardan alnı açıq, üzüağ çıxmağı bacarıblar.
Vidadi Əliyev Ağstafa rayonunun Göycəli kəndində ziyalı ailəsində anadan olub. Orta məktəbi bitirdikdən sonra tikintidə bənna kimi əmək fəaliyyətinə başlayıb. 1967-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirib.

Elə həmin ildən etibarən Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb. 1988-2000-ci illərdə C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrınnın direktoru və bədii rəhbəri olub. O da ömür-gün yoldaşı ilə birgə çalışdığı teatra bu günə qədər sadiq qalıb. Aktyor kimi 190-a yaxın tamaşada müxtəlif səpkili obrazlar yaradıb. Onun Balaş ("Sevil", C.Cabbarlı), Əsgər bəy ("Arşın mal alan", Ü.Hacıbəyov), Florella ("Axırı xeyir olsun", U.Şekspir), Fikrət ("İkinci səs", B.Vahabzadə), Yaşar ("Yaşar", C.Cabbarlı), Bəhram ("Solğun çiçəklər", C.Cabbarlı), Musa kişi ("Toy", S.Rəhman), Rüstəm ("Sən nə üçün yaşayırsan?", H.Seyidbəyli), Kərəm dayı ("Unuda bilmirəm", İ.Əfəndiyev) kimi obrazları tamaşaçı alqışlarını qazanıb. Rejissor kimi bir neçə tamaşaya quruluş verib: "Tribunal" (A.Makayonok), "Əkizlər" (P.Paçev), "Qısqanc ürəklər" (M.Haqverdiyev), "Təklif" (A.P.Çexov), "Oğru" (M.Birkiye) və s.
Vidadi Əliyev İrəvan Teatrını orada yaşayan azərbaycanlıların yeganə mədəniyyət ocağı hesab edir. Bu baxımdan, İrəvan Dövlət Azərbaycan Teatrının bu gün paytaxt Bakıda işini davam etdirmısi təqdirəlayiqdir.
Elmira İsmayılova:

- 50 ildən çoxdur ki, teatr üçün can qoymuşam. Azərbaycanda teatrda fəaliyyət göstərənlər başqa şərtlərlə işləyirdilər, biz tamam başqa şərtlərlə çalışırdıq. Bizim binamız olmadığına görə tez-tez qastrollara gedirdik. Yəni ikiqat işləmişik, amma buna baxmayaraq, bizim teatrın tamaşalarında ciddi dramaturqların əsərləri oynanılırdı. Mən hər cür çətinlikdə teatrda can qoymuşam, bu xalqın mənafeyini müdafiə edib düşmən içində teatr saxlamışam...
Elmira İsmayılova hazırda “5 gəlin” verilişinin əməkdaşıdır.
Teatrımızın canlı əfsanələri olan bu cütlüyün övladları da bu gün Azərbaycan efir və teleməkanında öz layihələri və mətbuatdakı fəaliyyətləri ilə seçilirlər. Belə ki, publisist, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəyli və "SOY” prodakşının rəhbəri Oqtay Əliyev onların övladlarıdır.
Tanınmış aktrisa, respublikanın Əməkdar artisti Dilarə Əliyeva isə gəlinidir.

Elmira xanım İsmayılovanın zəhməti dəyərləndirilib. O, 24 noyabr 1978- ci ildə Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanına layiq görülmüşdür. 2007-ci ildən Xalq artisti adını daşıyır. O, həm də, Prezident mükafatçısıdır.
Son söz yerinə:
Elmira xanımdan söz açanda ondan ayrıca danışmaq olmur. O, ailəsini çox sevir və ailəsi ilə birgə bütövdür. Onun ailəsində də hər kəs sənətə, sənətkarlığa böyük dəyər verir. Təbii ki, bu da səbəbsiz deyil. Elmira İsmayılova və həyat yoldaşı Vidadi Əliyev - hər ikisi, sözün əsl mənasında, teatrı duyan sevən, teatrla nəfəs alan insanlardır.
Onların cəmi bir arzuları var: can sağlıqları imkan verdikləri müddətcə səhnədə ola bilmək, biri-birindən maraqlı obrazlar yaratmaq.
Xalq artisti Vidadi Əliyevin də dediyi kimi, teatr insan qədər köhnə və insan var olduqca var olacaq bir məfhumdur.
Biz də Elmira xanıma və teatrla, sınətlə nəfəs alan bu cütlüyə uzun ömür, can sağlığı arzulayır, həmişə, insan var olduqca var olan çox sevdikləri teatrda və həyatda bir yerdə olmağı və yeni, daha maraqlı obrazlarla bizi sevindirməyi arzulayırıq!
Nurlanə Əliyeva,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Mia.az
İran Qətərə yenə zərbə endirib - Dohada güclü partlayışlar olub
RUSİYANIN SABİQ PREZİDENTİ AVROPANI TƏHQİR ETDİ, 3-CÜ DÜNYA SAVAŞI MESAJI VERDİ "Əgər Tramp belə davam etsə..."
Misirdən İrana çağırış: "Ərəb ölkələrinə hücumları dayandırın!"
"MƏNİ SORĞU VƏ SEÇKİ MARAQLANDIRMIR" - Trampdan İrana hücumla bağlı yeni açıqlamalar
Pezeşkiandan ABŞ və İsrailə mesaj: "İran səssiz qalmayacaq və..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Cənub Qaz Dəhlizi Məşvərət Şurası iclasları keçiriləcək
Ərdoğan İrana hücumdan danışdı: "Biz qan tökülməsinin, göz yaşlarının dayanmasını və..."
Ramazanın 13-ci gününün duası: imsak və iftar vaxtı
İranın nüvə obyektləri bombalanıb
Dövlət Agentliyinin kollegiyasının tərkibi təsdiqləndi - Qərar
Xadimələr belə, ixtisara salınır, ancaq şirkət prezidenti və... - Komitə sədri SOCAR-dakı "baş-ayaq" kadr siyasətindən elə faktları sadaladı ki...
Böyük Britaniya Azərbaycana yeni səfir təyin edib
"QatarEnergy" LNG istehsalını dayandırdı
ABŞ İran hücumlarında 4 hərbçini itirib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabah 2026-cı ilin ilk Ay tutulması olacaq
İlham Əliyev Rusiya rəsmisini qəbul etdi - MÜZAKİRƏ + FOTOLAR
Ceyhun Səfərə "BakuBus”da vəzifə verilib
"Azəriqaz”ın 5 milyon manatdan artıq borcu var
Banklara ipoteka kreditləşməsi üçün yeni limitlər ayrılıb - Detallar
Azərbaycan və Bəhreyn XİN başçıları müzakirə aparıblar - Açıqlaça
Tehrana ağır zərbələr endirilir
Ağdərədə istismar müddəti bitmiş döyüş sursatları məhv ediləcək
Hakan Fidanla Ceyhun Bayramov telefonda danışdı
"Neftçi"nin "Şamaxı" ilə oyununda son saniyədə təyin olunan penalti... - AFFA-dan açıqlama
Netanyahunun Ofisi "Xayber" raketləri ilə vurulub? - İran "hə" deyir, İsrail hələlik susur
Prezident tibbi sığorta ilə bağlı dəyişikliyi təsdiqlədi - Müştərək maliyyələşmə...
Prezident İlham Əliyev sərəncam imzalayıb
YENİ YAŞ: UĞURLU TƏYİNAT OLAN YERDƏ...
Rəqqasə Fatimə ilə şairə Nazilə Səfərli barışdı
Sabah hava necə olacaq? - Proqnoz
İRAN SƏUDİYYƏNİ "CAN DAMARI"NDAN VURDU - FOTOLAR
ABŞ-ın "Məğlubedilməz" ləqəbli qırıcları vurulub - Küveytdən "bir neçə qırıcı vurulub" etirafı gəldi (FOTOLAR)
Ceyhun Bayramov Qazaxıstan XİN başçısı ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Məşhur bələdiyyə sədri və daha 12 nəfər məhkəməyə aparılıb
Siyəzən rayonunda yeniyetmə qızın meyiti tapılıb
Dövlət Agentliyinin Naxçıvan filialına rəhbər təyin edilib
"İranda Azərbaycan vətəndaşlarının xəsarət alması barədə yeni məlumat daxil olmayıb" - XİN açıqladı
“Bakcell” müştəri xidmətlərində rəqəmsallaşmanı genişləndirir
Müharibə Avropa İttifaqının sərhədinə çatdı - Britaniya bazasına PUA hücumu oldu (FOTO)
Tanınmış ekspert barədə məhkəmə qərarı dəyişib
Bakı Ağır Cinayətlər Məhkəməsinə yeni hakim ezam olunub