Azərbaycanda internetə tətbiq olunan məhdudiyyət aradan qaldırıldı - Artıq sosial şəbəkələrə giriş problem deyil

img

12-11-2020 [10:26]


Ermənistan tərəfindən törədilən genişmiqyaslı təxribatların və kiberinsidentlərin qarşısının alınması məqsədilə Azərbaycanda internetin verilişinə tətbiq edilmiş müvəqqəti məhdudiyyət, işğaldan azad olunmuş və keçmiş cəbhəyanı ərazilər istisna olmaqla, aradan qaldırılıb.

Mia.az xəbər verir ki, Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi 27 sentyabr 2020-ci il tarixindən ölkə üzrə internetin verilməsində məhdudiyyətlər tətbiq etmişdi.

Bu gün az əvəl isə bu problem ortadan qaldırılıb. Artıq  sosial şəbəkələrə də giriş ənənəvi qaydada problem deyil.


Digər xəbərlər
SON XƏBƏRLƏR