Prezidentin qalmaqallı qızı Twitter hesabını bağladı

img

22-11-2013 [11:23]


Özbəkistan prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimova özünün Twitter hesabını bağlayıb. 

ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bundan əvvəl Gülnarə Kərimova həmin səhifədə Daşkənddə saxlanması ilə bağlı xəbəri təkzib etmişdi. 

O, polis idarəsində olmasını "Kelajak Ovozi” hərəkatını bir qrup fəalının azadlığa buraxılması üçün ora getməyilə izah edib.

Gülnarə Kərimova əvvəllər Özbəkistan Daxili İşlər Nazirliyində işləyib. O, ölkənin İspaniyada səfiri, xarici işlər nazirinin müşaviri, Moskvada Özbəkistan səfirliyinin müşaviri və öz ölkəsinin BMT-də daimi nümayəndəsi kimi çalışıb. Özbəkistan prezidentinin qızı həmçinin dizayner və müğənni kimi də məşhurluq qazanıb. Gülnarə Kərimova paltarlarından ibarət kolleksiya və ingilis dilində albom buraxıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA