Rusiyada əsgər balta ilə 3 hərbçini öldürüb

img

09-11-2020 [11:29]


Rusiyanın Voronej şəhərində “Baltimor” aerodromunda müddətli əsgərin öz yoldaşlarına balta ilə hücumu nəticəsində azı 3 hərbçi ölüb.

Məlumatı “RİA Novosti” yayıb.

Bildirilib ki, Rusiya İstintaq Komitəsinin yerli hərbi bölməsi də faktı təsdiqləyib.

Hadisənin səbəbi açıqlanmayıb.

Bununla belə yerli KİV-in məlumatına görə, noyabrın 9-da həmin əsgər balta ilə öz əsgər yoldaşlarına hücum edib. İddia olunur ki, onlardan birindən avtomat silahı alaraq atəş açıb.

Qeyd olunur ki, ölənlərdən 2-si zabit, 1-i əsgərdir/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR