Türkiyə Baş Nazirliyinə qarşı terror təşəbbüsü

img

21-11-2013 [16:33]


Türkiyə baş nazirliyinin ofisinin yaxınlığında üzərində bomba olduğu ehtimal edilən bir nəfər saxlanılıb. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, saxlanılan şəxsin köynəyini açmağa çalışdığını görən baş nazirlik təhlükəsizlik xidmətinin əməkdaşı özünü onun üstünə ataraq onun əllərindən istifadə etməsinin qarşısını alıb. Daha sonra üzü üstə yerə uzadılan şübhəlinin üzərində axtarış aparılıb. Üzərindən bomba çıxan şəxs daha sonra hadisə yerindən uzaqlaşdırılıb. Məsələ ilə bağlı araşdırmalara başlanılıb.

Aparılan araşdırmalardan şəxsin Tuğrul Bayır adlı bir vətəndaş olduğu məlum olub.

Hadisə yerində və Baş nazirlik ətrafında geniş təhlükəsizlik tədbirləri alınıb. Ətrafdakı yollarda nəqliyyatın gedişi müvəqqəti olaraq məhdudlaşdırılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA