Yasamalda avtobus iki nəfəri vurdu - Bir nəfər ölüb

img

07-11-2020 [13:13]


Bakıda avtobus piyadaları vurub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, noyabrın 6-da saat  08 radələrində Yasamal rayonu ərazisində Şabran rayon sakini R.Poladov idarə etdiyi “Daewoo” markalı avtobusla dayanacaqda olan Abşeron rayon sakinləri Qabil Nağıyevi və İ.Pokinanı vurub.

Piyada Q.Nağıyev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Yasamal Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR