Azərbaycan yığmasının 24 yaşlı sabiq üzvü Moskvada döyüldü - Futbolçuya kəllə-beyin travması qoyulub

img

06-11-2020 [12:31]


Azrbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmasının və "Qəbələ" klubunun sabiq üzvü Alen Askerov xoşagəlməz hadisə ilə üzləşib.

REN TV xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi Rusiyanın paytaxtı Moskvada döyülüb.

Hadisədən sonra xəstəxanaya yerləşdirilən futbolçuya kəllə-beyin travması qoyulub.

Polisə ifadə verməkdən imtina edən Askerov hücuma "Rijskaya" metro stansiyası yaxınlığında məruz qaldığını bildirib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR