"Məqsədimiz dilimizin saflığını qorumaqdır" - Monitorinq Mərkəzi 70-ə yaxın saytın monitorinqinə başlayıb
05-11-2020 [14:52]
“Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi tərəfindən Azərbaycan məkanında fəaliyyət göstərən bütün saytlar monitorinqlərə cəlb olunub".
Bunu Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru Sevinc Əliyeva deyib.
O bildirib ki, fəaliyyət göstərən istər ciddi, istərsə də köməkçi saytlar monitorinqlərə cəlb edilib: “Hazırda monitorinqlər davam edir. Saytlar bitdikdən sonra televiziyaların monitorinqinə başlayacağıq. Monitorinqlərdən sonra ciddi qüsurları statistika ilə göstərəcəyik. Bütün nəticələr hesabatlarda əksini tapacaq. Hesabatlar çap olunacaq və ictimaiyyətə açıqlanacaq”.
S.Əliyeva 15 günlük monitorinq nəticələri barədə danışıb: “15 günlük monitorinqlərin nəticələrinə əsasən, bütün saytlarda, istər aparıcı, istər ikinci dərəcəli saytlarda pozuntular var. Təbii ki, aparıcı saytlarda pozuntular azdır. Amma yenə də bütün səviyyələrdə dil normalarından kənara çıxmalar var. Ən ciddi məsələ odur ki, bir xəbər saytı heç bir cümləyə, sözə müdaxilə etmədən başqa saytdan götürdüyü xəbəri olduğu kimi yerləşdirir. Bu, xəbəri yazan saytın da, xəbəri götürüb yerləşdirən saytın da qüsurudur. Təbii ki, burada operativlik əsas şərt daşıyır. Amma bizi narahat edən məsələ bütün sahələrdə operativlikdən asılı olmayaraq Azərbaycan dilinin düzgün tətbiqidir. Nəticə olaraq məlumatın Azərbaycan dilində düzgün çatdırılmasıdır. Bütün sayt rəhbərlərinə, işçilərinə deyirəm ki, ciddi yanaşsınlar. Dilimiz dövlət siyasətinin böyük bir hissəsini təşkil edir”.
Direktor qeyd edib ki, monitorinqlərə 70-ə yaxın sayt cəlb olunub: “Məqsədimiz hansısa saytı saytın işçisinin adını çəkməklə gündəmə gətirmək deyil. Məqsədimiz dilimizin saflığını qorumaqdır. Nəticələrə əsasən, ciddi qüsurlar aşkarlanan saytlara xəbərdarlıq olunacaq. Növbəti monitorinqlərdə ikinci xəbərdarlıq ediləcək. Üçüncü dəfə isə cərimələrin tətbiqi ilə bağlı düşünə bilərik”/APA.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
Premyer Liqası: növbəti turun təqvim və hakim təyinatları açıqlanıb
DEPUTATLAR TOPLANIB: daha 14 məsələ müzakirə olunacaq - SİYAHI
Misli, Topaz... - Azərbaycan futbolunda nə baş verir?
“Yaxşı verilişlərin aparıcılarının "saxlayanı" var” - Kamran Həsənli kimin bostanına daş atır?
Bakının strateji hədəfi və ya rəsmi Moskvanın qərbi azərbaycanlılarla bağlı mesajı - TƏHLİL
Türkiyə səfirliyinin yeni mətbuat katibi Bakıya gəlib
İran İsrailə cavab zərbəsi endirəcək? - ABŞ-ın İsraildəki səfirliyi vətəndaşlarına xəbərdarlıq edib
Əfqan mədənçi böyrəyə görə yandırılıb?
"Olimpiakos"un baş məşqçisi: "Topu "Fənərbağça"ya verib, onları yorduq" - İsmayıl Kartal isə üzr istəyib
Xankəndidə yenidən silah-sursat aşkarlanıb