Torpağıma dönəcəyim gün gələr!

img

04-11-2020 [20:00]


Torpağıma dönəcəyim gün gələr!

***

Titrətmə könlümü kaman kimidir,
Asta vur mizrabı tel ağlamasın.
Gözlərim yol çəkir dolan kimidir,
Dodaq titrəməsin dil ağlamasın.

İllərdir, aradım yarama məlhəm, 
Ürəkdə yurd saldı bu həsrət, bu qəm.
O çinar kölgəsin çox özləmişəm,
Ocaqlar sönməsin, kül ağlamasın.

Dağ başına vaxt-vədəsiz çən gələr,
Səbr et, könül, gözlədiyin son, gələr,
Torpağıma dönəcəyim gün gələr,
Cığırlar sevinsin, yol ağlamasın.

Ocaq daşı yenə nağıl danışar,
Xatirələr çözələnər alışar.
Dağ arana, aran dağa qarışar,
Anam  ağlamasın, el ağlamasın.

Müəllif: Şəlalə Cabbarova,

Naxçıvan şəhər Heydər Əliyev adına məktəbin müəllimi

 


Digər xəbərlər
SON XƏBƏRLƏR