Prezidentin köməkçisi: "“TF1” telekanalına qarşı Fransadakı erməni lobbisinin təhdidləri və nifrət dolu təhqirləri..."

img

04-11-2020 [18:57]


““TF1” telekanalına qarşı Fransadakı erməni lobbisinin təhdidlərini və nifrət dolu təhqirlərini qətiyyətlə pisləyirik”.   

Mia.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici Siyasət Məsələləri Şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”dəki hesabında yazıb.

O daha sonra bildirib:  “Azərbaycanlı mülki şəxslərinin təhlükəli vəziyyətdə yaşadıqlarını və Ermənistanla Azərbaycan arasında davam edən müharibəni işıqlandıraraq vəzifələrini peşəkarlıqla görən “TF1” və onun müxbiri Liseron Boudoula qarşı Fransadakı erməni lobbisinin təhdidlərini və nifrət dolu təhqirlərini qətiyyətlə pisləyirik".


Digər xəbərlər
SON XƏBƏRLƏR