Saatlı sakini narkotiklə saxlanıldı

img

04-11-2020 [13:14]


Saatlı rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında Saatlı rayonu ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini M.Vəliyev saxlanılıb.

Şəxsi axtarış zamanı onun üzərindən narkotik vasitə olan heroin, idarə etdiyi “VAZ-2101” markalı avtomobildən isə 470 qram marixuana aşkar edilərək götürülüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR