Prezidentin köməkçisi: "Ermənistan ağ fosfor mövzusunda yeni dezinformasiyalar uydurmaqdadır"
31-10-2020 [16:41]
"Cenevrədə ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə keçirilmiş görüşdən sonra Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Tərtər, Ağdam, Goranboy, Ağcabədi rayonları ağır artilleriya və digər atıcı silahlardan atəşə tutulub. Bu gün səhər saat 06:00 radələrindən saat 12 radələrinə qədər bu rayonlar üzrə 6 qəsəbə və 26 kənd olmaqla 32 yaşayış məntəqəsinə Ermənistan silahlı qüvvələri tərəfindən 300-dən artıq mərmi atılmışdır. Cenevrə görüşlərinin keçildiyi gün Tərtər, Ağdam, Goranboy, Ağcabədi və Daşkəsən rayonlarına 200-dən artıq mərmi atılıb".
Mia.az xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O, təəssüflə bildirib ki, Tərtər şəhəri II Dünya müharibəsindən sonra Avropanın ən çox bombalar və raketlərin atıldığı şəhərlərindən biridir. 27 sentybardan bu günə qədər Tərtər rayonuna 15 000-dən artıq mərmi və raketlər atılıb:
"Muzdlular barədə propaqandası uğursuzluqla üzləşən Ermənistan ağ fosfor mövzusunda yeni dezinformasiyalar uydurmaqdadır. Ermənistan ağ fosforlu mərmilərdən istifadə edərək onun məsuliyyətini Azərbaycanın üzərinə atmağa çalışır.
8 oktyabrda Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Arayapılı kəndinə atılmış mərminin fosfor olduğu müəyyən edilmiş və ANAMA tərəfindən zərərsizləşdirilmişdir. ANAMA tərəfindən bu fakt sənədləşdirilmişdir.
2016-cı ilin aprel döyüşlərində də Ermənistan tərəfindən Tərtər rayonunun Əskipara kəndinə ağ fosfor mərmisi atılmışdı. Hərbi attaşelər və ATƏT-in nümayəndəsinin iştirakı ilə əkin sahəsinə düşmüş həmin mərmi yerində zərərsizləşdirilib.
Hazırda meşə yanğını formasında ekoloji terror törətmək və Azərbaycan silahlı qüvvələrinə qarşı istifadə etmək üçün Ermənistan silahlı qüvvələri tərəfindən Xocavənd istiqamətinə böyük həcmdə fosforun gətirildiyi barədə məlumatlar var".
Aprel çağırışı yekunlaşır - Xidmətdən açıqlama (FOTO)
Prezidentin köməkçiləri, şöbə müdirləri və... - Onların qəbul günləri açıqlandı (CƏDVƏL)
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
"Bakcell" ilə innovasiya dövrü başlayır - Açıqlama (FOTOLAR)
Xankəndidə yenə silah-sursat tapılıb
DSMF sədri də vəzifədən çıxarıldı
Energetika Nazirliyində Macarıstan XİN başçısı ilə görüş olub
Elnur Əliyev: "Azərbaycan inkişafının yeni mərhələsinə qədəm qoyub"
AĞACLARI KƏSİR, SONRA TİKİNTİ APARIRLAR: Yaşıllaşdırma idarəsi isə... - Bakıda daha bir yaşıl soyqırıma nazirlikdən gecikmiş reaksiya (FOTOLAR)
Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edilib - FOTO
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Buraxılış imtahanlarında ən yüksək nəticənı hansı rayonların şagirdləri göstərib? - DETALLAR
Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb
ƏƏSMN-ə nazir əvəzi təyin olundu - Sərəncam
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər - FOTO
Avropa Parlamenti Gürcüstanda xarici agentlər haqqında qanunla bağlı qətnamə qəbul edib
Prezident İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib
Eşq məktubu, dağılan ailə, gecə evə basqın və nəhayət, qisas... - Kürdəmirdəki ilginc olayın təfərrüatı
"Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki..." - Erməni spiker
Britaniya kralı mühacirlərə bağlı qanunu təsdiqlədi - Ruandaya deportasiya olunacaqlar
Keçmiş Ombudsman Elmira Süleymanova vəfat edib (Yenilənib)
Azərbaycanda TikTok bağlanacaq? - Sorğu
Güclü fırtına həbsxananı dağıdıb - 119 məhbus qaçıb
AZAL-ın sabiq prezidenti: "Məni biabır etmək istəyirlərsə..."
Zaxarova: "Cənubi Qafqazda sabitliyi pozmağa çalışırlar"
Avstraliyada 160 balina sahilə çıxdı, onlardan 26-sı ölüb -FOTO
Baş Prokuroluq mediaya çağırış edib - Professorun ölümü ilə bağlı
Akşeneri kim əvəzləyəcək? - İYİ Partiyası gərgin qutrultaya gedir
Bakıda üç məktəbin direktoru cəzalandırılıb - Səbəb
Qəzzada daha jurnalist həlak olub
Sabah hava necə olacaq? - Proqnoz
"Poz-Qazan” layihəsi millətin cibinə necə girir? - VİDEO
NAXÇIVANIN BAŞ NAZİRİ VƏZİFƏDƏN AZAD OLUNDU- Yeni təyinat (FOTO)
ABŞ Ukraynaya uzaqmənzilli raketlərin gizli şəkildə çatdırılmasını təsdiqləyib: "Bu, Rusiyanın..."
SÜDDƏ QUŞ QRİPİ AŞKARLANIB
Kosmosda silahlanma... - Rusiya qətnamayə veto qoyub
Azərbaycan Ordusunda komanda qərargah təlimləri keçirilir - VİDEO
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək - Bu tarixdə
Müğənni: "Bunu kimə desəm deyər ki, sənə ayıb olsun!"