Respublika Neyrocərrahiyyə Xəstəxanasına baş həkim təyin edilib - Ramin Bayramlıdan daha bir dəyişiklik

img

31-10-2020 [12:56]


TƏBİB idarə heyətinin sədri Ramin Bayramlının müvafiq əmri ilə Respublika Neyrocərrahiyyə Xəstəxanasına baş həkim vəzifəsinə Fərid Vahid oğlu Təqdirov təyin edilib.

Mia.az TƏBİB-ə istinadla xəbər verir ki, Fərid Təqdirov 1996-2002-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil almış, 2002-2003-cü illərdə Respublika Neyrocərrahiyyə Xəstəxanasında neyrocərrahiyyə ixtisası üzrə internatura keçib.

İlk əmək fəaliyyətinə Respublika Neyrocərrahiyyə Xəstəxanasında neyrocərrah kimi başlamış, daha sonra Füzuli rayonu N-saylı Tibb Taborunda, Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi Tibbi Baş İdarəsinin Hospitalında və müxtəlif özəl tibb müəssisələrində neyrocərrah kimi fəaliyyət göstərib.


Digər xəbərlər
SON XƏBƏRLƏR