Polis əməliyyatı: 21 kq-dan artıq narkotik vasitə dövriyyədən çıxarıldı
30-10-2020 [13:43]
Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olan şəxslərə qarşı silsilə əməliyyatlar davam etdirilir.
Daxili İşlər Nazirliyindən Mia.az-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir zamanı əvvəllər məhkum olunmuş Abşeron rayon sakini Xəyal Əsədli saxlanılıb. Onun üzərinə baxış zamanı 3 qram heroin, 2 qramdan artıq tiryək, 3 qram psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq Xəyal Əsədlinin Masazır qəsəbəsində yerləşən evinə baxış zamanı 1 kiloqram 55 qram heroin, 995 qram tiryək, 3 kiloqram 110 qram metamfetamin, 5 kiloqram 500 qram qurudulmuuş marixuana, həmçinin satışı və istifadəsi qadağan olunan psixotrop tərkibli 700 ədəd “Metadon M 40”, 150 ədəd tramadol həbləri və 2 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.
Baş İdarə əməkdaşları tərəfindən Sabirabad rayonunda keçirilən əməliyyat zamanı isə rayon sakini Elman Muradov saxlanılıb. Onun üzərinə baxış zamanı 30 qram, yaşadığı rayonun Cəngan qəsəbəsindəki evindən isə 7 kiloqram 245 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb. Elman Muradov ifadəsində yaşadığı evin həyətində sonradan qurudub satmaq məqsədi ilə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olduğunu etiraf edib.
Baş İdarənin əməkdaşları tərəfindən Cəlilabad rayonunda keçirilən əməliyyat zamanı isə paytaxt sakini Anar Məmmədov tutulub. Saxlanılan zaman onun üzərindən 3 kiloqram heroin və 300 qram psixotrop maddə metamfetamin aşkar edilib.
Həyata keçirilən sonuncu əməliyyatlar zamanı Baş İdarənin əməkdaşları tərəfindən ümumilikdə 21 kiloqram 245 qram narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, adları çəkilən şəxslərin hər biri tutularaq istintaqa təqdim olunublar. Cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Millimiz bu gün Özbəkistan komandası ilə qarşılaşacaq
Yusif Yazıçının komandası uduzub
Azərbaycan nefti bahalaşır
Macarıstanın xarici işlər və ticarət naziri Azərbaycana gəib
Məşhur məşqçi xəstəxanaya yerləşdirilib - Səbəb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ