Bu gün İlham Əliyev və Serj Sarkisyan görüşəcək

img

19-11-2013 [10:17]


Bu gün Avstriyada Azərbacan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanın növbəti görüşü keçiriləcək.

Məlumata görə, prezidentlərin görüşü ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Vyanada baş tutacaq. Görüşdə Qarabağ münaqişəsinin həlli əsas müzakirə mövzusu olacaq. 

"RİA Novosti”nin ATƏT-ə istinadən verdiyi məlumata görə, görüşün keçiriləcəyi yer və vaxt dəqiqi açıqlanmır. Görüşdən sonra mətbuat konfransının keçirilib-keçirilməyəcəyi barədə də heç bir məlumat verilmir. 

Rusiya XİN rəhbəri Sergey lavrov Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün Dağlıq Qarabağ münaqişəsinin həllində kömək edəcəyinə ümidvar olduğunu deyib.

Xatırladaq ki, bu İlham Əliyevlə Serj Sarikisyanın hər iki ölkədə keçirlən prezident seçkisindən sonra ilk görüşüdür.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA