PUTİNDƏN QARABAĞ AÇIQLAMASI: “Həlli sadə deyil, Azərbaycan nə deyir ki...”

img

29-10-2020 [17:29]


“Dağlıq Qarabağ münaqişənin həlli sadə deyil”.

Bunu Rusiya prezidenti Vladimir Putin bildirib.

“Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Azərbaycan və Ermənistan arasında maraqlar balansını tapmaq lazımdır”, - deyə Rusiya prezidenti vurğulayıb/APA.

Mia.az-ın məlumatıa gprə, Putin daha sonra deyib: "Münaqişə nə ilə başladı? Etnik toqquşmalarla... Sovet İttifaqının o zamankı rəhbərliyi isə insanların təhlükəsizliyini təmin etmək üçün heç bir həqiqi tədbir görmədi”.

Putin bildirib ki, indi ilk mərhələdə döyüş əməliyyatlarını, insanların ölməsini dayandırmaq, danışıqlar masası arxasına oturmaq lazımdır: “Minsk qrupu və həmsədrlər tərəfindən formalaşdırılmış təkliflər əsasında, Minsk qrupunun üzvü olan digər ölkələrin - Türkiyə və bəzi Avropa ölkələri daxil olmaqla orada çox ölkə var - iştirakı ilə konsensus və maraqlar balansını tapmaq lazımdır. Bunu etmək olar”.

Putin bir daha vurğulayıb ki, bu problemin həlli sadə deyil:

"Azərbaycan nə deyir? Onu deyir ki, hər halda Azərbaycanın heç bir etnik münaqişəyə və Ermənistana aidiyyəti olmayan əzəli torpağı olan yeddi rayonu qaytarmaq və Dağlıq Qarabağla məsələni ayırd etmək hüququ var.  Hər kəsin burada öz həqiqəti var. Ona görə, problemin sadə həlli yoxdur. Çünki düyün çox mürəkkəb bağlanıb. Bizim mövqeyimiz tamamilə aydındır. Ermənistanla da qarşılıqlı əlaqəli şəkildə Dağlıq Qarabağın təhlükəsizliyinin təmin olunması üçün müəyyən rejim tətbiq olunması şərti ilə əvvəl 5, sonra 2 rayonun Azərbaycan qaytarılmasının mümkünlüyünü deyirik.

Münaqişənin uzunmüddətli həllinə nail olmaq üçün həm dəyişməz hörmətlə yanaşdığımız Azərbaycan xalqının, həm də erməni xalqının, Ermənistan dövlətinin maraqlar balansını tapmaq lazımdır ki, insanların özünü təhlükəsiz hiss edə bilməsi, eyni zamanda effektiv regional inkişaf üçün imkan yaradılsın. On illərlə davam edən münaqişə tərəflərinin effektiv inkişafına imkan vermir”.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR