Ermənilər Goranboyun Tap kəndinə raket atıb - Bir mülki şəxs həlak olub

img

29-10-2020 [17:11]


Ermənistan Silahlı Qüvvələri Goranboy rayonunu raket atəşinə tutub. 

Mia.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”də yazıb. 

O bildirib ki, Goranboy rayonunun Tap kəndində daha bir mülki şəxs Ermənistan silahlı qüvvələri tərəfindən öldürülüb: "Raket onun evinin damına düşüb. Ermənistanın müharibə cinayətləri davam edir”.


Digər xəbərlər
SON XƏBƏRLƏR