“Düşmən cavabı döyüş meydanında alacaq” - Əli Kərimli

img

29-10-2020 [16:51]


“Terrorçu Ermənistanın bu gün Bərdədə törətdiyi cinayət nəticəsində indiyədək olan məlumata görə, 21 nəfər dinc sakinimiz həlak olub, 70 nəfərədək yaralı var. Xeyli avtomobil yanıb, dağılıb, mülki obyektlərə ziyan dəyib. Allahdan həlak olanlara rəhmət, yaralılarımıza şəfa diləyirik. Budur işğalçı Ermənistanın mahiyyəti”.

Mia.az xəbər veirr ki, bu sözləri Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli deyib.

O bildirib ki, döyüş meydanında qəhrəman ordumuza məğlub olan düşmən gücünü dinc, mülki əhalini qətliama məruz qoymaqla göstərmək istəyir: “İnanırıq ki, düşmən bunun cavabını da qəhrəman ordumuz tərəfindən döyüş meydanında alacaq”.


Digər xəbərlər
SON XƏBƏRLƏR