Prokurorluq: "İndiyədək 90 mülki şəxs həlak olub, 392 nəfər yaralanıb"

img

29-10-2020 [13:55]


Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində Azərbaycanın ölən və yaralanan mülki vətəndaşlarının sayı açıqlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, sentyabrın 27-dən hazırkı vaxtadək Ermənistan ordusunun yaşayış məntəqələrini atəşə tutması nəticəsində 90 mülki şəxs həlak olub, 392 nəfər yaralanıb.

Bundan başqa, 423 mülki obyekt, 92 çoxmənzilli yaşayış binası və 2 406 yaşayış evi yararsız vəziyyətə düşüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR