İsrailli diplomat: "Dəmir günbəz sistemini azərbaycanlı dostlarımızla bölüşməliyik”

img

29-10-2020 [11:41]


"Sderot, Aşkelon və Bir Şevadan (Beer Sheva) olan israillilərə bu hekayə tanışdır".

Bunu İsrailin Azərbaycandakı keçmiş səfiri Artur Lenk Ermənistanın Azərbaycanın mülki əhalisini raket atəşinə tutmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Ermənistan döyüşdə uduzduğu üçün mülki əhalini hədəfə alır: “Döyüş meydanındakı itkiləri “tarazlaşdırmaq” üçün mülki şəxslərə raketlər atılır. Dəmir günbəz sistemini azərbaycanlı dostlarımızla bölüşməliyik”.

Xatırladaq ki, A.Lenk 2005-2009-cu illərdə İsrailin Azərbaycanda səfiri olub/Report.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA