Nazirlik "Facebook"un rəhbərliyinə müraciət etdi: "Bütün lazımi addımlar atacağınıza ümid edirik"
28-10-2020 [15:40]
Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Facebook Inc" şirkətinin rəhbərliyinə informasiya müharibəsində narahatlıq yaradan məqamlar barədə məktub ünvanlayıb.
Nazirlikdən Mia.-az-a verilən məlumata görə, müraciətdə son zamanlar "Facebook" və "Instagram" sosial şəbəkələrində narahatedici tendensiyaların müşahidə edildiyi diqqətə çatdırılır.
Məktubda 27 sentyabr tarixində Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ermənistanın təcavüzünü dayandırmaq və mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə zəruri əks-hücum tədbirlərinə başladığı qeyd olunub: "Biz beynəlxalq səviyyədə tanınmış, Ermənistan tərəfindən 1990-cı illərin əvvəllərində işğal edilmiş və əhalisi etnik cəhətdən təmizlənməyə məruz qalmış ərazilərimizi işğaldan azad edirik. Bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkün öz evlərinə qayıtmaq üçün təxminən 30 ildir gözləyir".
Məktubda hadisələrin fonunda sosial media platformalarının dünyaya həqiqətləri çatdıran və erməni tərəfinin yaydığı saxta xəbərləri ifşa edən informasiya müharibəsi üçün döyüş meydanlarına çevrildiyi bildirilib.
Müraciətdə azərbaycanlı istifadəçiləri susdurmaq üçün onların profillərinin kütləvi şəkildə bloklandığının müşahidə olunduğu vurğulanır.
Məktubda şirkətdəki bəzi ermənipərəst işçilərin təsiri ilə Azərbaycandan olan istifadəçi profillərinin və səhifələrinin əsassız bloklanmasından xüsusi narahatlıq keçirdiyimiz xüsusi vurğulanıb. Digər narahatlıq yaradan məqam isə Azərbaycanın işğal olunmuş ərazilərinin etnik baxımdan təmizlənmiş əhalisini təmsil edən seçilmiş şəxslərin profillərinin təsdiqlənməməsidir. Onların yoxlama tələbləri heç bir izahat verilmədən tamamilə rədd edilir.
"Bu müşahidələri nəzərə alaraq şirkətin imkanlarından istifadəçi səslərini susdurmaq üçün istifadə olunmaması və hamımıza qarşı tutduğunuz bitərəfliyi qorumağınız üçün bütün lazımi addımlar atacağınıza ümid edirik. Bu, sərbəst ifadə və həqiqət üçün etibarlı bir virtual mühiti təmin edəcək", - deyə müraciətdə bildirilir.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Facebook" şirkətinə ünvanladığı məktubda qeyd olunan məsələlərin müzakirəsi üçün şirkət tərəfindən müvafiq koordinatorun təyin edilməsini tələb edib.
Üzərinə həbs qoyulmuş əmlaklar... - Yeni qaydalar müəyyənləşib
Bu qanunu pozanlar cəzalandırılacaq - Detallar
Yeni tiklilərə su necə veriləcək? - Qanun dəyişdi
"Bavariya" Arda Güləri transfer etmək istəyir
Daha 163 dövlət əmlakı hərraca çıxarılıb
Deputatlar toplanıb: daha 21 məsələ müzakirəyə çıxarılıb - SİYAHI
YOXSULLUQ və YOXSULLAR
"İncə səhər" verilişində qalmaqallı rəqs...- VİDEO
İsrail Hələb hava limanını bombalayıb - Xeyli ölən və yaralanan var
Jurnalist İdrak Camalbəyli qəfil vəfat etdi
Ombudsman bəyanat yayıb - MƏTN
Türk aktyor COVİD-ə yoluxub - Filmin çəkilişi təxirə salınıb
Qəzzada bir ev vuruldu: 13 nəfər həlak olub, yaralılar var
İstanbulda nəhəng xalça fabriki yanıb - FOTOLAR
Qazaxda əməliyyat: Şöhrət Orucov saxlanılıb
Füzuli şəhərinə daha 138 nəfər köçürülüb
Azərbaycan neftinin qiyməti 90 dollara çatır
Professor Tufan Axundov vəfat edib
XİN başçısı: "Putin bu qüsuru gizlətməyə çalışır"
Roma Papası 12 qadın dustağın ayağını yudu və öpdü - FOTO
İsrail Dəməşqi yenidən vurub - Yaralılar var
İtaliya XİN başçısı İsrailə çağırış edib: "Rəfaha girməyin" - "İki dövlət modeli üçün çalışırıq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ramazanın 19-cu günü: imsak və iftar vaxtları
"Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın” - DİN sözçüsündən xəbərdqarlıq
Rəsul Bağırov BMT-nin rezident əlaqələndiricisi təyin olunub
Nazir daha bir xanıma yüksək vəzifə verdi - FOTO
Premyer Liqa: növbəti turun təyinatları bəlli olub
Ağdərədə qumbaraatan və pulemyot tapılıb
Türkiyə kubokunun təqvimi açıqlandı
Əməkdar artist Rahib Əliyev vəfat edib
Daha bir sosial media fenomeni tutulub - Xanımı ilə birgə
Qəzzada yardım gözləyənlər bombalanıb: 6 nəfər ölüb, yaralılar var
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
SABİQ NAZİRİN OĞLU İSTİNTAQA İFADƏ VERDİ - 400 minlik iddia ilə bağlı sensasion məlumat yayıldı
BRÜSSELDƏ "ÜÇTƏRƏFLİ GÖRÜŞ": ABŞ-ın təşəbbüsü Cənubi Qafqazda gərginliyi artıracaq – TƏHLİL
"Kinematoqrafiya haqqında" qanunun yenilənməsi məqsədilə işçi qrupu yaradılıb - ARKA-dan açıqlama