Ermənistan mülki əhalini niyə atəşə tutur? - Rusiyalı ekspert bunu 3 halla əlaqələndirir

img

28-10-2020 [15:33]


“Döyüş meydanında uduzan Ermənistan öz faşist simasını göstərməyə davam edir. Həmsədr ölkələrin təşəbbüsü ilə əldə olunan hər atəşkəs sonrası Azərbaycanın dinc şəhərlərini raketlərlə hədəfə alan Ermənistanın məqsədi həm üçüncü ölkələri münaqişəyə cəlb etmək, həm də Azərbaycan əhalisi arasında qorxu-təşviş yaratmaqdır”.

Bunu Rusiyanın Siyasi Tədqiqatlar İnstitutunun direktoru, politoloq Sergey Markov deyib.

Onun sözlərinə görə, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin simasında beynəlxalq ictimaiyyət Ermənistan rəhbərliyindən Azərbaycanın dinc şəhərlərinin atəşə tutulmasını dərhal dayandırmağı tələb etməlidir.

S. Markov Ermənistanın hər atəşkəs sonrası Azərbaycanın dinc şəhərlərini hədəfə almaqla bır sıra siyasi məqsədlər güddüyünü bildirib: “Birinci məqsəd Azərbaycan əhalisində qorxu-təşviş yaratmaqdır ki, vətəndaşlar Azərbaycan Prezidenti İlham Əliyevi Dağlıq Qarabağın işğaldan azad olunması mübarizəsində az dəstəkləsin. İkinci məqsəd maksimal dərəcədə Rusiyanı bu münaqişəyə cəlb etməkdir. Ermənistan yaxşı anlayır ki, Rusiya ilə Ermənistan arasındakı müqavilə və Kollektiv Təhlükəsizlik Müqaviləsi ancaq Ermənistan ərazisinə təcavüz olduqda keçərlidir. Hazırda Azərbaycan şəhərlərinin raket hədəfinə alınması məhz Ermənistan ərazisindən həyata keçirilir. Məqsəd Azərbaycanı cavab tədbiri görməyə, Ermənistandakı hədəfləri vurmağa təhrik etməklə təxribata çəkməkdir. Üçüncü, burada məqsəd həm də Ermənistan cəmiyyətindəki tamamilə sönmüş döyüş ruhunu qaldırmaqdır. Təəssüflər olsun ki, Ermənistan əhalisi də dinc Azərbaycan şəhərlərinin vurulmasını özünə mənəvi qələbə hesab edir”.

Rusiyalı ekspert qeyd edib ki, Ermənistan rəhbərliyindən hərbi əməliyyatların getdiyi ərazilərdən uzaqda yerləşən Azərbaycan şəhərlərinin raket hədəfinə alınmasına son qoyulması dərhal tələb olunmalıdır: “Bu tələbi isə Azərbaycanın Dağlıq Qarabağ torpağının işğaldan azad olunması ilə bağlı haqlı mübarizəsini dayandırmağa çalışan həmsədr ölkələr etməlidir”/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR