Fuad Ələsgərov: "Azərbaycan hökuməti Ermənistanla bağlı Avropa Məhkəməsinə müraciət edib" - MÜSAHİBƏ
28-10-2020 [14:17]
Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov AZƏRTAC-a müsahibəsində Ermənistanın müharibə cinayətləri ilə bağlı Azərbaycan hökumətinin Avropa Məhkəməsinə müraciətini şərh edib.
Mia.az həmin müsahibəni təqdim edir:
-Məlum olduğu kimi, Ermənistan tərəfi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə şikayət göndərmiş və Azərbaycan Hökuməti öz növbəsində buna cavab vermişdir. Bu barədə məlumat verməyinizi xahiş edirik.
-Bəli, artıq qeyd etdiyiniz kimi, Ermənistan Azərbaycana qarşı yeni təcavüz aktı törətdikdən dərhal sonra siyasi riyakarlıq nümayiş etdirərək İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət etmişdir. 2020-ci il sentyabrın 29-da İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Ermənistan hökumətinin müraciətinə cavab olaraq Məhkəmə Reqlamentinin 39-cu qaydası əsasında həm Ermənistanı, həm də Azərbaycanı mülki əhalinin Konvensiya hüquqlarının pozulmasına gətirib çıxara biləcək tədbirlərdən çəkinməyə və öz öhdəliklərinə riayət etmək üçün görülmüş tədbirlər barədə məlumat verməyə dəvət etmişdir.
Avropa Məhkəməsinin bu dəvəti ilə əlaqədar olaraq Azərbaycan Hökuməti 2020-ci il oktyabrın 13-də Məhkəməyə müvafiq məlumat təqdim etmişdir.
Məlumatda vurğulanır ki, 2020-ci il sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı törətdiyi təcavüz aktına cavab olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən başlanmış əks-hücum əməliyyatının gedişi zamanı Azərbaycan Respublikası İnsan Hüquqlarına dair Avropa Konvensiyasına və beynəlxalq humanitar hüquqa əsasən öz üzərinə götürdüyü öhdəliklərə tam və qəti şəkildə riayət edir və heç bir formada mülki əhali və mülki obyektlər hədəfə alınmır.
Qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin bəyan etdiyi kimi, Azərbaycan Silahlı Qüvvələri təcavüzkar ordu və hərbi birləşmələrə qarşı əməliyyat keçirərək yalnız legitim hərbi obyektləri hədəfə alır. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi də bu istiqamətdə bəyanatlar vermişdir.
Eyni zamanda, Avropa Məhkəməsinə Ermənistanın öz Konvensiya öhdəliklərinə əməl etməməsi, onun silahlı münaqişə başlayandan bu günədək Azərbaycana qarşı müharibə cinayətləri törətməsi və bunun nəticəsində onlarla mülki şəxsin həlak olması, yüzlərlə vətəndaşın yaralanması, minlərlə yaşayış binalarının, şəxsi evlərin və digər mülki obyektlərin yararsız vəziyyətə düşməsi barədə məlumat verilmişdir.
Avropa Məhkəməsinə təqdim edilmiş məlumata, həmçinin Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin Ermənistan tərəfindən beynəlxalq humanitar hüququn norma və prinsipləri, Cenevrə Konvensiyaları, xüsusilə Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında 1949-cu il 12 avqust tarixli Konvensiya, BMT-nin Uşaq Hüquqları Konvensiyası və insan hüquqları sahəsində digər sənədlərin müddəalarının kobud şəkildə pozulması barədə hesabatları əlavə edilmişdir.
Azərbaycan tərəfi Avropa Məhkəməsinə bu məlumatı təqdim etməklə dövlətimizin beynəlxalq təşkilatların üzvü kimi öz beynəlxalq öhdəliklərinə tam riayət etdiyini, Ermənistanın isə Avropa Məhkəməsini öz siyasi oyunlarına alət etməkdən əl çəkmədiyini bir daha göstərmişdir.
-Azərbaycan Hökuməti necə, Ermənistanla bağlı Avropa Məhkəməsinə müraciət edibmi?
-2020-ci il oktyabrın 27-də Azərbaycan Hökuməti Avropa Məhkəməsinə müraciət edərək, Ermənistan Respublikası barəsində təminat tədbirlərinin tətbiq edilməsini tələb etmişdir. Bu müraciət Ermənistanın şikayətindən fərqli olaraq ciddi xarakter daşıyır və Ermənistan tərəfindən Konvensiya öhdəliklərinin pozulması barədə kifayət qədər əsaslı sübutlara söykənir.
Müraciətdə Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisinin sıx məskunlaşdığı şəhər və kəndlərin, habelə mülki infrastrukturun artilleriya atəşinə məruz qoyulduğu, bunun nəticəsində 69 vətəndaşımızın qətlə yetirildiyi, 326 mülki şəxsə xəsarət yetirildiyi, minlərlə yaşayış evlərinə və mənzillərə bərpaolunmaz ziyan vurulduğu, eyni zamanda, beynəlxalq neft boru kəməri, su kəməri, Mingəçevir su anbarı və digər iqtisadi infrastruktur obyektlərinin hədəfə alındığı göstərilmişdir. Bunlarla bağlı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Ombudsmanı, Baş prokurorluğu, digər hüquq mühafizə və xüsusi xidmət orqanları tərəfindən toplanmış mötəbər sübutlar, foto və video materiallar təqdim edilmişdir. Yeri gəlmişkən məlumat verim ki, qeyd edilən faktlar üzrə Azərbaycan Respublikasının Baş prokurorluğu tərəfindən 43 cinayət işi başlanmışdır.
Ermənistan Respublikası, həmçinin öz silahlı qüvvələrini, hərbi texnikasını Azərbaycan ərazisinə göndərməklə, xarici ölkə vətəndaşlarını Azərbaycan ərazisində hərbi əməliyyatlarda iştiraka cəlb etməklə, Qarabağ ərazisindəki cinayətkar rejimə maliyyə, siyasi və digər yardım göstərməklə öz Konvensiya öhdəliklərini kobud şəkildə pozmaqdadır.
Bütün bunları nəzərə alaraq Azərbaycan Respublikası öz müraciətində Avropa Məhkəməsindən tələb etmişdir ki, Ermənistan öz ərazisindən və Azərbaycanın işğal olunmuş ərazilərindən Azərbaycanın yaşayış məntəqələrinin və mülki infrastrukturunun artilleriya atəşinə tutulmasının, işğal olunmuş ərazilərdə cinayətkar dəstələrə hərbi, siyasi, maliyyə və digər dəstək verilməsinin, silahlı qüvvələrinin, hərbi texnikasının və muzdluların Azərbaycan ərazisinə göndərilməsinin dərhal dayandırılması, öz silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal çıxarılması barədə təminat tədbirlərini müəyyən etsin.
Ümid edirik ki, Avropa Məhkəməsi Azərbaycanın müraciəti ilə bağlı ədalətli qərar qəbul edəcək. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin vurğuladığı kimi, ədalət və beynəlxalq hüquq bizim tərəfimizdədir! Biz zəfər çalacağıq!
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"