ERMƏNİLƏR BƏRDƏNİ RAKETLƏ VURDU: 21 nəfər həlak olub, 70-ə yaxın şəxs yaralanıb - PA, Prokururluq və MN-dən açıqlamalar + FOTOLAR
GÜNDƏM
28.10.2020, 18:36
Ermənilərin bu gün Bərdəyə raket hücumu nəticəsində həlak olan şəxslərin adları məlum olub.
Mia.az həmin şəxslərin adlı siyahısını təqdim edir:
Bərdə rayonu Lənbəran kənd sakini, 1961-ci il təvəllüdlü Qasımova Solmaz Sədrəddin qızı
Lənbəran kənd sakini, 1950-ci il təvəllüdlü Süleymanov Hümbət Süleyman oğlu
Bərdə şəhər sakini, 1969-cu il təvəllüdlü Mustafayeva Leyla Elmir qızı
Çələbilər kənd sakini, 1972-ci il təvəllüdlü Mirzəliyev Çərkəz Xanlar oğlu
Ağdam şəhər sakini, 1972-ci il təvəllüdlü Hüseynova Gülşən Mehrab qızı
Çələbilər kənd sakini, 1950-ci il təvəllüdlü Mirzəliyeva Tükəzban Çərkəz qızı
Bərdə şəhər sakini, 1983-cü il təvəllüdlü Allahverdiyev Əsgər Mahir oğlu
Bərdə şəhər sakini, 1990-cı il təvəllüdlü Cəfərov Amil Fazil oğlu
Nifçi kənd sakini, 1969-cu il təvəllüdlü Hacıyev Fazil Hacı oğlu
Bərdə şəhər sakini, 1975-ci il təvəllüdlü Əhmədov Mirsaqi Yusif oğlu
Bərdə şəhər sakini, 1990-cı il təvəllüdlü Kazımov Dəyanət Tahir oğlu
Kürdborakı kənd sakini, 1986-cı il təvəllüdlü Əliyev Sadiq Sahib oğlu
Bərdə şəhər sakini, 1984-cü il təvəllüdlü Abbasov Ruslan Məhəmməd oğlu
Bərdə şəhər sakini, 1977-ci il təvəllüdlü Xıdırov İntiqam Ələmdar oğlu
Gəncə şəhər sakini, 1991-ci il təvəllüdlü Şəfiyev Rəşad Vaqif oğlu
Ağdam rayonu, Quzanlı qəsəbə sakini, 1990-cı il təvəllüdlü İsmayıllı Vasif Vaqif oğlu
Bərdə şəhər sakini, 1940-cı il təvəllüdlü İsgəndərov Yalçın Rizvan oğlu
Bərdə şəhər sakini, 1947-ci il təvəllüdlü Quliyev Ağamoğlan Bəylər oğlu
Bərdə şəhər sakini, 1988-ci il təvəllüdlü İsmayılov Fuad İsa oğlu
Bərdə şəhər sakini, 1971-ci il təvəllüdlü Mustafayev Məhərrəm Ənvər oğlu.
***
Ermənilərin Bərdəyə raket hücumu nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb.
Baş Prokurorluqdan Mia.az-a verilən məlumata görə, 2020-ci il oktyabrın 28-də saat 13 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələrin endirilməsi nəticəsində 21 nəfər həlak olub, 70-ə yaxın şəxs isə yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib: "Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilməklə zərərçəkmiş şəxslərin siyahısının dəqiqləşdirilməsi üzrə işlər aparılır."
***
Baş Prokurorluğun Mətbuat xidməti Ermənistanın Bərdəyə raket atması ilə bağlı yeni açıqlama yayıb.
Mia.az-a daxil olan açıqlamada deyilir:
"2020-ci il oktyabrın 28-i saat 13 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi ərazisinə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələrin endirilməsi nəticəsində 19 nəfər həlak olub, 60-a yaxın şəxs isə yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilməklə zərərçəkmiş şəxslərin siyahısının dəqiqləşdirilməsi üzrə işlər aparılır".
****
Bu gün, oktyabrın 28-də saat 13 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələrin endirilməsi nəticəsində 14 nəfər həlak olub, 40-dan artıq şəxs isə yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilməklə zərərçəkmiş şəxslərin siyahısının dəqiqləşdirilməsi üzrə işlər aparılır.
***
2020-ci il oktyabrın 28-də saat 13 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələrin endirilməsi nəticəsində 3 nəfər həlak olub, bir neçə şəxs isə xəsarət alıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Bu barədə Baş Prokurorluqdan Mia.az-a bildirilib ki, hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilməklə zərərçəkmiş şəxslərin siyahısının dəqiqləşdirilməsi üzrə işlər aparılır.
***
“Ermənistan növbəti dəfə Bərdəyə qarşı “Smerç” raketlərindən istifadə edib”.
Mia.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitterdə yazıb: "Mülki əhali arasında itkilər var. Ermənistanın belə məqsədli müharibə cinayətləri şiddətlə qınanmalıdır”.
***
Humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri Bərdə şəhərini "Smerç” yaylım atəşli reaktiv sistemindən atəşə tutur.
Müdafiə Nazirliyindən Mia.az-a verilən məlumata görə, ölən və xəsarət alanlar var, mülki infrastruktura ziyan dəyib.
***
Ermənistan silahlı qüvvələri Bərdəni yenidən raket atəşinə tutub.
Məlumata görə, nəticədə azı 5 mülki şəxs ölüb.
Raketlərdən birinin düşdüyü yerdən tüstü qalxdığı görünür/Report.
***
APA-nın məlumatına görə, atılan raketlərdən biri avtomobilin üzərinə düşüb. Nəticədə avtomobil yanıb.
Hadisə nəticəsində ölənlərin olduğu bildirilir.





Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Əməkdar artist Firuzə İbadovanın səhhəti barədə - AÇIQLAMA
Bugün, 13:05 CƏMİYYƏT
-
"Məleykə xanıma əlimizdən gələn köməkliyi edəcəyik” - Misir Mərdanov DU-nun yeni rektorundan danışdı
Bugün, 12:45 CƏMİYYƏT
-
Azərbaycanlı QHT rəhbərləri Ermənistanda: yeni görüş + FOTOLAR (YENİLƏNİB)
Bugün, 12:28 GÜNDƏM
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 12:15 CƏMİYYƏT
-
Dövlət Baxçalının müavini açılışda pərt edildi: "Ona de, salamını "Apo"ya göndərsin" - "Sənə
Bugün, 12:09 SİYASƏT
-
XİN başçısı: "Vilnüs Bakı ilə dialoqu layihələrə və investisiyalara çevirməyə ümid edir"
Bugün, 12:03 İQTİSADİYYAT
-
Kafedə 28 yaşlı oğlan bıçaqlanıb
Bugün, 11:50 KRİMİNAL
-
Paşinyanın Konstitusiya layihəsi: bu, Qərbi azərbaycanlılar üçün nə vəd edir? - TƏHLİL
Bugün, 11:33 SİYASƏT
-
Özcan Denizin ürəyində problem var - Məşhur müğınni ayda nə qədər qazanır?
Bugün, 11:17 MƏDƏNİYYƏT
-
Xalq artisti Elmira Şabanova ilə vida mərasimi keçirilir.
Bugün, 11:10 MƏDƏNİYYƏT
-
Ayda 10 min manat qazanan aktrisanın prokurorluqdakı ifadəsi: "Heç vaxt narkotik maddə qəbul etməmişəm"
Bugün, 11:01 MƏDƏNİYYƏT
-
Türkiyədə müğənni həbs edildi - Bir qrup sənətçi isə polisə çağırıldı
Bugün, 10:53 MƏDƏNİYYƏT
-
SOCAR-da dəyişiklik - Departament rəhbəri təyin edilib
Bugün, 10:46 İQTİSADİYYAT
-
Bakı Şəhər İcra Hakimiyyəti memarlıq abidəsinə müdaxilə halını araşdırıb
Bugün, 10:44 CƏMİYYƏT
-
Nazir və komitə sədrləri... - Onların qəbul günü açıqlandı + CƏDVƏL
Bugün, 10:38 GÜNDƏM
-
Bir qol vurub 2,1 milyon avro qazandılar
Bugün, 10:18 İDMAN
-
Dövlət Su Ehtiyatları Agentliyində nöqsanlar aşkarlanıb
Bugün, 10:09 İQTİSADİYYAT
-
Dünya futbol tarixində bir ilk: hakim sərxoş halda matça çıxdı, oyunçuları qarışdırdı, türk qolkiperə kart verdi və... - FOTO
Bugün, 10:03 İDMAN
-
"İlk 24 real hədəfdir" - Belözoğlu
Bugün, 09:51 İDMAN
-
Azercell-in rəqəmsal inkişaf modeli Filip Kotlerin beynəlxalq nəşrində təqdim edilib
Bugün, 09:43 İQTİSADİYYAT
-
Azərbaycan neft bahalaşdı - 4.2 dollar
Bugün, 09:37 İQTİSADİYYAT
-
Arda Turan: "Bu, ağır və acı təcrübə oldu" - "Həyatımda heç vaxt təslim olmamışam"
Bugün, 09:26 İDMAN
-
Çempionlar Liqası: "Fənərbaxça" qalib gəldi, bəs o biri komandalar? - NƏTİCƏLƏR
Bugün, 09:22 İDMAN
-
Ərəb Koalisiyası: "Ər-Riyada atılan ballistik raketlər havada məhv edilib"
Bugün, 09:16 DÜNYA
-
Ankarada axtarışda olan daha 3 FETÖ şübhəlisi saxlanılıb
Bugün, 09:13 DÜNYA
-
Qazaxda həyətyanı sahədə partlayış: iki nəfər xəsarət alıb
Bugün, 09:01 CƏMİYYƏT
-
Türk serialında şok adam... - Mayk Tayson "Tuzlu Kahve" serialında rol alacaq
Bugün, 00:25 MƏDƏNİYYƏT
-
Misirdə yanacaq maşını partlayıb, xeyli maşın yanıb - 30 nəfər ölüb, 15 nəfər yaralanıb
Bugün, 00:05 DÜNYA
-
Elgiz Əkbəriin yeni verilişi... - ARB telekanalı açıqlama yaydı
Bugün, 00:03 PRESS
-
Çempionlar Liqası: "Sabah" - "Barselona" matçında 5 qol oldu (Yenilənib)
25.11.2026, 23:33 İDMAN
-
Hörmüz boğazında təbii qaz daşıyan gəmi minaya düşüb
25.11.2026, 22:44 DÜNYA
-
Xalq artisti Elmira Şabanova vəfat edib - Mədəniyyət Nazirliyi nekroloq yaydı (Yenilənib)
25.11.2026, 21:50 MƏDƏNİYYƏT
-
Dünya gözəli evli qadın seçildi - 75 illik yarışma tarixində bir ilk
25.11.2026, 21:33 ŞOU-BİZNES
-
Prezidentin köməkçiləri, şöbə müdirləri... - Onların qəbul günləri açıqlandı + CƏDVƏL
25.11.2026, 21:33 GÜNDƏM