Türkiyənin qadınlardan ibarət voleybol komandası Ginnesin Rekordlar Kitabına düşüb

img

28-10-2020 [13:02]


Türkiyənin qadınlardan ibarət "Vakıfbank" voleybol komandası növbəti dəfə Ginnesin Rekordlar Kitabına düşüb.

"Report" xəbər verir ki, İstanbul təmsilçisi 13 dəfə təşkil edilən klublararası dünya çempionatında 2013, 2017 və 2018-ci illərdə məğlub olmadan qızıl medal qazanıb. Bundan başqa, komanda bir dəfə 2-ci, iki dəfə isə 3-cü olub.

Türkiyə klubu dünya çempionatında ən çox medal əldə edən komanda olub.

Qeyd edək ki, "Vakıfbank" 2014-cü ildə ardıcıl 74 oyunda qələbə qazanaraq Ginnesin Rekordlar Kitabına düşmüşdü.


Digər xəbərlər
SON XƏBƏRLƏR