Orda bir ev var, yanıb külə dönsə də, o ev bizim evimzidir…
27-10-2020 [21:49]
Seymur VERDİZADƏ
***
Doğulub boya-başa çatdığım kənd oktyabrın 19-da rəşadətli Azərbaycan Ordusu tərəfindən azad olundu. İndi bizim ellərdə yağı düşmən dolaşmır, dünyadan nigaran köçən əzizlərimizin ruhu dolaşır…
Humanitar məqsədlərlə bölgəyə səfər edən tanışlarım 27 il işğal altında olan kəndlərdə müəyyən çəkilişlər aparıblar. Kadrlara bizim kənd də düşüb. Tarixə şahidlik edən qədim Soltanlı…
Arxivimdə bir videogörüntü var. O vaxt 500 evi olan kəndi cəmi 50 saniyəlik kadra sığışdırıblar. Müəllif yerli adam olduğu üçün arayış verməyi unutmur: “Bura Kazım əmioğlunun evi olub”.
Lütfən, ifadəyə diqqət edin: ““Bura Kazım əmioğlunun evi olub”. “Evidir”, demir. Çünki həmin yerdə evdən əsər-əlamət qalmayıb. Dəhşətli yanğından sonra hisə bürünmüş üç-dörd metr hündürlüyündə, bir metr uzunluğunda divar burda nə vaxtsa bir evin olduğundan xəbər verir. Ağır müharibənin yadigarı olan bu divar həm də erməni vandalizmindən xəbər verir…
Növbəti kadr daha dəhşətlidir. Vaxtilə kəndimizin ən dəbdəbəli evi olan məkandan geriyə dərin bir çuxur və yanıb təbii halını itirmiş beş-on qara daş qalıb…
Sonuncu kadrda müəllif öz ata yurdunu görüntüləyib. Amma bu dəfə arayış verə bilmir. Hiss olunur ki, qəhər boğazında düyünlənib, danışa bilmir. İnsanın xaraba qalmış ata yurdunu seyr etməsindən dəhşətli nə ola bilər?! Axı ata-babalarımız o evləri ermənilərin xaraba qoyması üçün tikməmişdilər. Tikmişdilər ki, özləri qalsın. Özləri qalmayanda da izləri qalsın. Amma indi yerində bir ovuc kül qalıb…
Tale bizə sərt üzünü soyuq qışda deyil, qızmar yayda göstərdi. Yurd-yuvamızdan, isti ocağımızdan didərgin düşəndə bağçamızdakı meyvələrin çoxu hələ yetişməmişdi. Mən ilk dəfə köçkün həyatının əzabını 1 ton meyvəni ağacların başında qoyub, Bakıda alma növbəsində dayananda yaşamışdım. Mən başımıza gələn faciənin miqyasını ikimərtəbəli, bağlı-bağatlı evimizi tərk edib, Bakıda eni-uzunu 4 metr olan yataqxanada yaşayanda dərk etmişdim. Mən nə qədər bədbəxt olduğumuzu gözüyaşlı analarımızın 6 metrlik otağı iki yerə bölüb, bir küncündə “gəlin otağı” düzəldəndə anlamışdım. Mən o vaxt kişilik qürurunu unudub uşaq kimi ağlamışdım…
Azərbaycanda yüz minlərlə insan 27-28 ildi yataqxanalarda çürüyür. Biz eni-uzunu iki metr olan darısqal, rütubətli otaqlarda çürüyəndə ermənilər ikimərtəbəli evlərimizdə donuz saxlayırdılar. İndi həmin erməniləri donuz kimi qovub evlərimizdən çıxaranda ərazisi böyük, əqidəsi çürük dövlətlər atəşkəs deyib yaxalarını cırırlar. Budurmu sizin ədalət anlayışınız? Sizin “ədalətinizə” tüpürüm!
Bu 27 ildə evimiz hər gecə yuxuma girirdi. Amma heç vaxt ora yaxınlaşa bilmirdim. Yaxınlaşmaq istəyəndə alov dilimləri üzümü qarsırdı…
Kəndimiz azad olunduğu gün evimiz yenə yuxuma girmişdi. Daha o atəş yox idi. Azərbaycan əsgəri dəqiq zərbə ilə evimizdəki və içimizdəki yanğını söndürmüşdü…
Orda bir ev var, uzaqda. Yanıb külə dönsə də, o ev bizim evimzidir…
O evin bağçasında güllər yenə çiçək açacaq. Güllərlə birlikdə bizim arzularımız da çiçək açacaq…
İLHAM ƏLİYEV BERLİNƏ GEDİB - FOTO
Aprel çağırışı yekunlaşır - Xidmətdən açıqlama (FOTO)
Prezidentin köməkçiləri, şöbə müdirləri və... - Onların qəbul günləri açıqlandı (CƏDVƏL)
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
"Bakcell" ilə innovasiya dövrü başlayır - Açıqlama (FOTOLAR)
Xankəndidə yenə silah-sursat tapılıb
DSMF sədri də vəzifədən çıxarıldı
Energetika Nazirliyində Macarıstan XİN başçısı ilə görüş olub
Elnur Əliyev: "Azərbaycan inkişafının yeni mərhələsinə qədəm qoyub"
AĞACLARI KƏSİR, SONRA TİKİNTİ APARIRLAR: Yaşıllaşdırma idarəsi isə... - Bakıda daha bir yaşıl soyqırıma nazirlikdən gecikmiş reaksiya (FOTOLAR)
Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edilib - FOTO
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Buraxılış imtahanlarında ən yüksək nəticənı hansı rayonların şagirdləri göstərib? - DETALLAR
Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb
ƏƏSMN-ə nazir əvəzi təyin olundu - Sərəncam
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər - FOTO
Avropa Parlamenti Gürcüstanda xarici agentlər haqqında qanunla bağlı qətnamə qəbul edib
Prezident İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib
Eşq məktubu, dağılan ailə, gecə evə basqın və nəhayət, qisas... - Kürdəmirdəki ilginc olayın təfərrüatı
"Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki..." - Erməni spiker
Britaniya kralı mühacirlərə bağlı qanunu təsdiqlədi - Ruandaya deportasiya olunacaqlar
Keçmiş Ombudsman Elmira Süleymanova vəfat edib (Yenilənib)
Azərbaycanda TikTok bağlanacaq? - Sorğu
Güclü fırtına həbsxananı dağıdıb - 119 məhbus qaçıb
AZAL-ın sabiq prezidenti: "Məni biabır etmək istəyirlərsə..."
Zaxarova: "Cənubi Qafqazda sabitliyi pozmağa çalışırlar"
Avstraliyada 160 balina sahilə çıxdı, onlardan 26-sı ölüb -FOTO
Baş Prokuroluq mediaya çağırış edib - Professorun ölümü ilə bağlı
Akşeneri kim əvəzləyəcək? - İYİ Partiyası gərgin qutrultaya gedir
Bakıda üç məktəbin direktoru cəzalandırılıb - Səbəb
Qəzzada daha jurnalist həlak olub
Sabah hava necə olacaq? - Proqnoz
"Poz-Qazan” layihəsi millətin cibinə necə girir? - VİDEO
NAXÇIVANIN BAŞ NAZİRİ VƏZİFƏDƏN AZAD OLUNDU- Yeni təyinat (FOTO)
ABŞ Ukraynaya uzaqmənzilli raketlərin gizli şəkildə çatdırılmasını təsdiqləyib: "Bu, Rusiyanın..."
SÜDDƏ QUŞ QRİPİ AŞKARLANIB
Kosmosda silahlanma... - Rusiya qətnamayə veto qoyub
Azərbaycan Ordusunda komanda qərargah təlimləri keçirilir - VİDEO
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək - Bu tarixdə
Müğənni: "Bunu kimə desəm deyər ki, sənə ayıb olsun!"