Prezidentin köməkçisi: “Ermənistan Azərbaycanı vadar edir ki, sərhəddə əks-həmlə tədbirləri həyata keçirsin”

img

27-10-2020 [19:45]


“Ermənistan Zəngilan və Qubadlı istiqamətində Azərbaycan-Ermənistan sərhədinin olduğunu qəbul etməlidir”.

Bunu bu gün Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelərə və beynəlxalq təşkilatların (BMT, Aİ, BQXK) ölkəmizdəki nümayəndələri üçün keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H.Hacıyev deyib ki, sərhədin əks istiqamətindən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücumlar həyata keçirilir və bu, Azərbaycan Silahlı Qüvvələrini vadar edir ki, əks-həmlə tədbirləri həyata keçirsin: “Ermənistan Azərbaycanın sərhədlərinə hörmət etməlidir”.

Prezidentin köməkçisi onu da deyib ki, Azərbaycan birtərəfli qaydada erməni əsgər və zabitlərin cəsədlərini qaytarmağa hazır olduğunu bildirsə də, Ermənistan cavab verməyib.

Hacıyev deyib ki, Azərbaycan birtərəfli qaydada Tovuz və Gürcüstan ərazisi vasitəsi ilə cəsədlərin Ermənistana verilməsinə hazır olduğunu bildirib: “Eyni zamanda ahıl yaşda olan 2 şəxsin də birtərəfli qaydada qaytarılmasına hazır olduğumuzu bəyan etmişik. Ancaq Ermənistan hələ cavab verməyib”.

Ermənistan silahlı qüvvələrinin mülki əhalini hədəf seçməsinin cinayət əməli olduğunu vurğulayan Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələri düşmənə döyüş meydanında layiqli cavab verir.


Digər xəbərlər
SON XƏBƏRLƏR