Prezidentin köməkçisi: "Ermənistanın atdığı kasetli bomba nəticəsində 4 mülki şəxs həlak olub, 13-ü yaralanıb" 

img

27-10-2020 [18:42]


“ANAMA-nın verdiyi məlumata görə, Ermənistan ordusu tərəfindən Bərdəyə “Smerç” qurğusundan kasetli raketlər atılıb".

Mia.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında yazıb.

O bildirib ki, mülki insanlara qarşı kasetli raketlərin istifadəsi qadağandır: "İki yaşlı körpə qız da daxil olmaqla, 4 mülki şəxs həlak olub, 13 mülki şəxs yaralanıb. Kasetli raketdən istifadə olunduğu üçün itki çoxdur”.


Digər xəbərlər
SON XƏBƏRLƏR