İran Qarabağla bağlı həll planı hazırlayıb - XİN başçısı "bu gün və ya sabah layihə açıqlanacaq" dedi

img

27-10-2020 [18:30]


"İranın Dağlıq Qarabağ münaqişəsinin daimi həlli üçün hazırladığı layihə bu gün və ya sabah təqdim olunacaq".  

Bunu İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif ölkə parlamentinin Xarici siyasət və milli təhlükəsizlik komissiyasında Dağlıq Qarabağla bağlı keçirilən müzakirələrdə deyib.

XİN başçısı bildirib ki, onun müavini Azərbaycan-Ermənistan münaqişə bölgəsinə baxış üçün Şərqi Azərbaycan əyalətinə səfər edib, Xudafərin səddinə baxış keçirir və o, daha sonra Bakı, Moskva, İrəvan və Ankaraya səfər edəcək.

Cavad Zərif qeyd edib ki, ölkə rəsmiləri tərəfindən təsdiqlənən layihə haqda Bakı, Moskva, İrəvan və Ankarada danışıqlar aparılacaq/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR