Azərbaycanın işğaldakı ərazilərində 8 milyard dollarlıq qızıl ehtiyatı var

img

27-10-2020 [17:29]


Azərbaycan torpaqları işğaldan azad olunduqca, irihəcmli torpaq, su, meşə resursları və filiz ehtiyatları ölkə iqtisadiyyatının dövriyyəsinə cəlb olunacaq.

Bunu mətbuat konfransında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktoru Vüsal Qasımlı deyib.

Onun sözlərinə görə, işğal altında olan ərazilərdə 155 adda filiz ehtiyatları var: "Burada 6 qızıl, 5 civə, 2 sink, mis, polimetal və mineral su ehtiyatları mövcuddur. Bunların Azərbaycan iqtisadiyyatının dövriyyəsinə qoşulması gözlənilir. Təkcə qızıl ehtiyatları haqqında onu demək istəyirəm ki, ilkin hesablamalara görə, təsdiq olunan ehtiyatlar 132,4 tondur və bu, indiki qiymətlərlə 8 mlrd. ABŞ dollarına bərabərdir"/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR