41 ölkə “Eurovision-2021” mahnı yarışında iştirakını təsdiqləyib 

img

26-10-2020 [16:44]


41 ölkə “Eurovision-2021” beynəlxalq mahnı yarışında iştirakını təsdiqləyib. 

"RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə yarışmanın mətbuat xidmətindən bildirilib.

2021-ci ildə Hollandiyanın Rotterdam şəhərində keçirilməsi nəzərdə tutulan yarışda Rusiya, Avstraliya, Avstriya, Norveç, Ukrayna, Böyük Britaniya, İspaniya, İtaliya, Yunanıstan, Fransa, Almaniya kimi ölkələr iştirak edəcəklər.

Azərbaycan və Ermənistan da yarışa qatılacaq. 

Qeyd edək ki, yüksək epidemioloji vəziyyətlə əlaqədar yarışma bu il təxirə salınmışdı/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR